Bu gün...
Ağ Evdə tarixi görüş başladı
Keçən həftə ABŞ prezidenti Donald Trampın PKK-nın Suriya qolu YPG'ye silah yardımı edəcəyiz açıqlamasının ardından maraqla gözlənilən Trump-Ərdoğan görüşü Ağ Evdə başladı.ABŞ prezidenti Trump, prezident Ərdoğanı qapıda qarşıladı.Görüşdən əvvəl Ərdoğan ilə Trump, jurnalistlərə birlikdə poza verdi. Trump ilk açıqlamasında, 'Ərdoğan ilə uzun və çətin bir görüşümüz olacaq' dedi. Qısa sürən ikili görüşün ardından iki lider birlikdə mətbuat mənsublarına açıqlamalar verdilər.

facebook-paylas
Tarix: 16-05-2017 19:54
Ağ Evdə tarixi görüş başladı

Mətbuat konfransında ilk öncə çıxış edən Trump dedi ki,
Türkiyə və ABŞ, on illərdir böyük müttəfiqlərdir. Soyuq savaşda Türkiyə, Sovetlər Birliyinin genişlənməsin maneələrdə,o cümlədən Türkiyənin Koreya müharibəsi ərzində göstərdikləri böyük cəsarət hələ xatirimizdədir. McCarty, Türk əsgərlərinin şərəfini və cəsarətini təqdir etmişdir və dünyanın ən yaxşı əsgərlərindən olduğunu söyləmişdi.
- Türk xalqı son illərdə qorxunc terror hücumlarına məruz qaldı.Biz də bu hücumlara qarşı Türkiyəyə dəstək olduq və başsağlığı diləklərimizi çatdırdıq. İŞİD-i və PKK kimi terror təşkilatlarına qarşı mübarizə edəcəyik.
- Türkiyənin Suriyadakı səylərinə dəstək veririk. Suriyada şiddətin azaldılması üçün çalışırıq. Ərdoğan ilə ticarəti inkişaf etdirmək üçün görüşdük. İki ölkə arasındakı əlaqələri bu istiqamətdə inkişaf etdirməyə çalışırıq. Silah sifarişi vermişdik və bunun gəlməsini gözləyirik.
Türkiyə prezidenti Ərdoğanın açıqlamasına ABŞ prezidentinə qonaqpərvərlik üçün təşəkkürünü bildirərək,onu seçkilərdə əldə etdiyi uğura görə bir daha təbrik etdi..
Türkiyə ilə ABŞ arasındakı bağlar demokratik və müştərək bağlar arasında reallaşmışdır. Aramızdakı əlaqələri güclü tutmaq, qlobal sülh üçün əhəmiyyətlidir. Bölgəmizin içindən keçdiyi bu ağrılı dövrdə iki ölkənin göstərəcəyi əməkdaşlıq hər zamankindən daha əhəmiyyətlidir.
Sözünə davam edən Ərdoğan vurğuladı ki,doğrusu mən bu ziyarətimizi tarixi bir dönüş nöqtəsi təşkil edəcəyinə inanıram.
İstər ikitərəfli görüşümüz, istərsə də heyətlər arası görüşmemizin gələcəyimizə istiqamətli daha böyük uğurlarıtəmin edəcəyinə inanıram. İŞİD başda olmaq üzrə bölgəmizdəki bütün terror təşkilatlarına müştərək bir rəftar sərgiləmək çox əhəmiyyətlidir. Ortaq gələcəyimizi təhdid edən terror təşkilatlarına qarşı ayrı-seçkilik etməməkdə qərarlıyıq.Bölgəmizin gələcəyində terror təşkilatlarına yer yoxdur.Xüsusilə YPG-PYD terror təşkilatlarının tərəfmüqabil kimi alınması, beynəlxalq razılaşmaya uyğun deyil. 
Türkiyə lideri ABŞ prezidentinin xüsusilə Suriya rejiminə qarşı son addımlarını təqdir edərək,bir daha qonaqpərvərlik və göstərilən ehtiram üçün cənab Trampa təşəkkürünü bildirdi

Qeyd edək ki,İki günlük Washington proqramını Çərşənbə axşamı tamamlayacaq olan Ərdoğanın Türkiyə saatı ilə 03: 15-də, Washington Hərbi Havabazasından, Türkiyəyə hərəkət etməsi nəzərdə tutulur.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



1 + 7 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI