Bu gün...
Amerika 700 milyard dollar olan 2018 hərbi büdcəsini qəbul etdi
ABŞ-da 2018-ci maliyyə ili üçün həcmi təxminən 700 milyard dollar olan hərbi büdcə layihəsi qəbul edilib.

facebook-paylas
Tarix: 15-07-2017 15:35
Amerika 700 milyard dollar olan 2018 hərbi büdcəsini qəbul etdi

Konqresinin Nümayəndələr Palatasının təsdiqlədiyi bu məbləğ Ağ Evin nəzərdə proqnozlaşdırdığından da çoxdur. Xatırladaq ki, ABŞ-da yeni maliyyə ili oktyabrın 1-də başlayır.

Ağ ev ölkənin hərbi ehtiyaclarına 603 milyard dollar, həmçinin xaricdə hərbi əməliyyatlar aparılmasına 65 milyard dollar istəmişdi. Yekunda konqresmenlər maliyyələşməni 696,5 milyard dollar həcmində təsdiqləyiblər. 2017-ci ilin hərbi büdcəsi 619 milyard dollar təşkil edirdi.

Sənədin lehinə palatanın 344, əleyhinə isə 81 üzvü səs verib. Qanun layihəsi raketdənmüdafiə xərclərinin 25 faiz artırılmasını nəzərdə tutur. Bundan başqa, hərbi qulluqçuların maaşı 2,4 faiz artırılacaq.



XƏBƏR VİDEOSU





Qaynaq: Ocaq TV

Editör: Kemale



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



6 + 2 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI