Bu gün...
Amerika Türkiyə ilə döyüşsə, NATO məhv olacaq – MKİ/Müsahibə
Rusiya Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti Dmitri Trenin və Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş üzvü Ali Soufan Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” hərəkatını təhlil edib.

facebook-paylas
Tarix: 30-01-2018 08:41
Amerika Türkiyə ilə döyüşsə, NATO məhv olacaq – MKİ/Müsahibə

Trenin və Soufan bu barədə  “Habertürk”ə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

YPG cavabını alacaq, ABŞ illuziyalardan qurtulacaq

- Rusiyanın Türkiyənin Afrin əməliyyatlarını dayandıra biləcəyini düşünənlər vardı. Moskva niyə buna qarşı çıxmadı?

Trenin: - Rusiyanın Suriyadakı əsas mövqeyi ondan ibarətdir ki, daimi müttəfiqlərimiz, ya da düşmənlərimiz yoxdur. Yalnız milli maraqlarımızı təqib edirik. Rusiyanın məqsədi keçən il əldə edilən hərbi nailiyyətləri siyasi müqavilədə əks etdirməkdir. Rusiyanın Suriyada əsas tələbləri bunlardır: Suriyada əmin-amanlığı bərpa etmək, fərqli siyasi, etnik və dini qruplar arasında tarazlığa əsaslanan mərkəzi hökumət yaratmaq, yeni yaradılmış hökumətin Rusiyanın Suriyadakı hərbi və siyasi varlığına qarşı çıxmasına imkan verməmək, Dəməşq və kürdlərlə yanaşı, İran, Türkiyə, Səudiyyə Ərəbistanı kimi regional güclərlə əməkdaşlıq etmək.

Rusiya Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmədi

Moskva Türkiyənin PKK terror təşkilatı ilə bağlı təhlükəsizlik narahatlığını anlayır. Eyni zamanda, kürdlərin də muxtariyyət istəklərini də başa düşür. Təbii ki, bunun qarşılığında öz istəklərini də nəzərə alır. Buna görə də, ruslar kürdlərə Dəməşqin tərkibində muxtariyyəti qəbul etmə təklifini irəli sürüb. Kürdlər bu istəyi qəbul etsəydi, Türkiyə bura hərbi əməliyyat təşkil etməzdi. Rusiyanın suriyalı kürdlərə simpatiyası var, ancaq təklifini rədd edən qrupun tərəfini heç vaxt saxlamaz. Bu səbəbdən Rusiya əsgərlərini Afrindən çıxardı və Türkiyənin bura girişinə imkan yaratdı. Çünki Rusiya Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmədi.

YPG “Rusiya xəyanət etdi” deyir…

Rusiya heç vaxt müttəfiqlərinə xəyanət etmir. Bunu unutmaq olmaz. Əgər bir müttəfiq Rusiyanın mövqeyinə qarşı çıxsa, əlbəttə onu dəstəkləməz.

Yaxşı, bəs Rusiya kürdlərə kürəyini tam çevirdi?

Trenin: - Rusiyanın bunun üçün heç bir səbəbi yoxdur. Kürdlər Suriyanın əsas tərkib hissələrindən biridir. Moskva kürdləri hər zaman əsas müttəfiqi kimi görüb. Buna görə Rusiya kürdlərin Moskvada ofis açmasına imkan verdi. Kürdlərin dərs götürməsi lazım olan əsas məsələlər budur ki, Rusiyanın dəstəyinə ehtiyacınız varsa, Moskvanın mövqeyinə qarşı çıxmamalısız.

- Rusiyanın PYD-yə “Afrində Dəməşqin hökmranlığını qəbul edin” deməsində əsas məqsəd nədir?

Trenin: - Kürdlər Dəməşqin hökmranlığını qəbul etsəydi, Rusiya Əsədi “kürdləri də siyasi həllin parçası edin” deyə məcbur edəcəkdi. Ancaq bu, hekayənin bir hissəsidir, sonu deyil. Suriyadakı rus-kürd əlaqəsi sona çatmayıb.

Afrin əməliyyatının başlanması ABŞ-da böyük etiraza səbəb olmadı. Niyə?

Trenin: - ABŞ kürdlərə verdiyi dəstəklə NATO müttəfiqi olan Türkiyəni uzaqlaşdırdığını bilir. Çətinliyə düşdüyü anda Türkiyə ilə əlaqələrin kürdlərlə əlaqələrdən daha vacib olduğunu görəcək. Moskvanın etdiyi kimi: Heç vaxt kürdlərə görə Türkiyə ilə münasibətləri korlamayacaq.

“Türkiyə Rusiyanın dəstəyini alaraq, YPG ilə döyüşdə böyük üstünlük əldə etdi” deyə bilərik?

Trenin: - Bəli. Türkiyə Afrində istədiyini edir, çünki Rusiya onun arxasında dayanıb.

ABŞ Rusiyanı NATO müttəfiqi ilə əlaqələrini pozmaqda ittiham etdi. İki böyük güc Türkiyəni yanına çəkmək üçün mübarizə aparır?

Trenin: - Rusiya ABŞ-la yaşadığı problemlərə görə bədbəxt deyil. Ancaq bu, problemlərin Rusiyadan qaynaqlandığını deməyə əsas vermir. Rusiya və ABŞ-ın Türkiyənin dəstəyi üçün mübarizə apardığını deyə bilmərəm. Onlar üçün bu vacib deyil. Vacib olan regionda möhkəmlənməkdir.

Ali Soufan: Türkiyə-ABŞ döyüşsə, NATO məhv olacaq

Rusiya niyə Afrin əməliyyatlarına dəstək verdi?

Soufan: - Rusiya iki NATO ölkəsinin münasibətlərini düzəltmək niyyətindədir. Ən əsası dünyaya “ABŞ güvəniləcək müttəfiq deyil, baxın, kürdlərin başına nə gəlir” mesajını vermək istəyir. Rusiyanın Türkiyə ilə münasibətləri çox yaxşıdır. Qəribə görünsə də, Afrin əməliyyatlarından sonra Moskvanın kürdlərlə əlaqəsi də çox yaxşı olacaq.

- “Rusiya-kürd əlaqələri daha yaxşı olacaq” fikrini səsləndirdiz, amma PYD “Rusiya bizə xəyanət edir” deyir.

Soufan: - Rusiya tərəf tutmamış kimi görünmək istəyir, ancaq hava sahəsini türk qırıcıları üçün açdı. Bu həqiqətdir. Bəli, Rusiya kürdlərə xəyanət edir. Amma Moskva bunu Vaşinqtonu çətin vəziyyətə salmaq üçün edir. ABŞ türklərin qarşısını almaq üçün kürdlərə kifayət qədər dəstək verir. Bu səbəbdən Rusiya kürdlərə "Amerikalıların inamlı müttəfiq olmadığını" dedizdirmək istəyir

Bəs ruslar bu məsələdə haqlı olacaq?

Soufan: - Çətin məsələdir, hər bir detala diqqət yetirməliyik. Kürdlər ABŞ üçün İŞİD ilə mübarizədə inamlı tərəfdaşdır. Ancaq artıq İŞİD yoxdur. Keçmişdə də Türkiyə və ABŞ bir çox məsələlərdə birgə fəaliyyət göstəriblər. Hazırda vəziyyət çox çətindir. Məsələ sadəcə kürdlər deyil. Hərbi çevriliş, Zərrab məsələsi, S-400-lər… Bu məsələlər iki tərəf arasında gərginliyə səbəb olur.

Bütün bunları nəzərə alsaq, ABŞ-ın Türkiyəni müttəfiq kimi itirmə riski nə qədərdir?

Soufan: - Bəzi məsələlərdə ABŞ diqqətli olmalıdır. Məsələn, Vaşiqnton Türkiyə ilə sərhəddə 30 minlik yeni ordu qurmaq istəyirdi. Türk hökuməti buna milli təhlükəsizlik məsələsi kimi baxır. Ona görə bütün məsələlər danışıqlarla həll edilməlidir.

Tramp-Ərdoğam telefon danışığı baş tutdu. Ağ Evin açıqlamasına Türkiyə sərt reaksiya verdi. Sizcə, görüş necə keçdi?

Soufan: - Fikrimcə, Ərdoğan və Tramp çox vacib diplomatik görüş keçirib. Hər iki tərəf bu danışıqdan razı qalıbsa, demək ki, uğurlu olub.

Türkiyə və Amerika güvvələri Suriyada, məsələn, Menbiçdə qarşı-qarşıya gələ bilər?

Soufan: - İki NATO ölkəsindən hərbi müdaxilə gözləmirəm. Əgər bu baş versə, NATO məhv olacaq. Ərdoğandan əvvəl də Türkiyə-ABŞ münasibətləri həmişə praqmatizm üzərində qurulmuşdu.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



6 + 4 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI