Bu gün...
Amerika və Rusiyanın anti-Türkiyə planı
Verilən məlumata görə, Ankaraya PKK-nın Mümbiçi boşaldacağı barədə verdiyi sözünü yerinə yetirməyən ABŞ indi Türkiyənin Afrinə müdaxiləsinə maneə olmağa çalışır.

facebook-paylas
Tarix: 11-07-2017 15:56
Amerika və Rusiyanın anti-Türkiyə planı

Hələbin ən böyük mahallarından olan Afrin 2012-ci ildən bu yana PKK terror təşkilatının Suriya qanadı – PYD-nin işğalı altındadır. Mahalda 5-8 min arasında PYD döyüşçüsünün olduğu təxmin edilir.Afrin Türkiyə ilə 120 kilometr sərhədə malikdir. Son bir il ərzində Afrindən Türkiyə ərazisinə hücumların sayı artıb. Ankara bölgəyə müdaxilə etməsi üçün Türkiyə Silahlı Qüvvələrinə “Hazır olun!” təlimatı verib.

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) Afrin əməliyyatı üçün 17 min nəfərlik güc hazırlayıb. Lakin Ankaranın hərbi hazırlığı ABŞ-ı narahat edir.ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makkörk Ankaraya gələrək Türkiyədən Afrin mövzusunda tələsik hərəkət etməməsini istəyib. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü də belə bir əməliyyatın Rakkada İŞİD-ə qarşı aparılan mübarizəyə zərər verəcəyini açıqlayıb.

İddiaya görə, 3 mindən çox PYD döyüşçüsü Afrindən Rakkaya aparılıb və ABŞ terror təşkilatına Rakka əməliyyatı davam etdiyi müddətdə Afrinə qarşı əməliyyatın keçirilməsinə mane olacağı barədə zəmanət verib.

“Fərat Qalxanı” əməliyyında iştirak edən “Liva Əl Fəth Qrupu”nun komandiri Əbu Yəhya qeyd edir ki, prosesin uzanması PYD-yə zaman qazandıracaq.

“Ən son Astanada bizə gözləməyi məsləhət gördülər. Ancaq oradan çıxan tək qərar İsrailin təhlükəsizliyini təmin edən dəhlizlə (“kürd dəhlizi”) bağlı ABŞ və Rusiyanın əldə etdiyi razılaşma oldu”, - o deyib.

Qeyd edək ki, cənub sərhədlərində “kürd dəhlizi”nin yaradılmasının qarşısını almaq hazırda Ankara qarşısında duran əsas strateji hədəfdir. Ankara “Fərat Qalxanı” əməliyyatı ilə buna qismən nail olub.

Bölgədə enerji marşrutlarının əsas mərkəzinə çevrilməyi qarşısına məqsəd qoyan Ankara, “kürd dəhlizi”nin yaradılacağı halda buna nail olmayacaq. “Kürd dəhlizi” kürdlərə Aralıq dənizinə açıq çıxış verir. Beləliklə, Şimali İraqda kürdlərin nəzarət etdiyi neft ehtiyatları “kürd dəhlizi” adlanan bu ərazilərdən keçərək Aralıq dənizinə, oradan da Avropa bazarlarına çıxarılır.

Hələ bir müddət əvvəl keçmiş kəşfiyyat rəisi Bülent Orakoğlu “Yeni Şafak” qəzetinə yazdığı köşəsində bildirmişdi ki, Türkiyəyə qarşı oynanılan “beynəlxalq oyun”un əsas məqsədlərindən biri Aralıq dənizinə yaxın Hatay vilayətinin qonşuluğunda yerləşən Afrin kantonuna qədər uzanan bir “kürd dəhlizi” yaratmaqdır. “Kürd dəhlizi”nin yaradılması ilə Şimali İraqda kürd neftinin Türkiyə üzərindən dünya bazarına çıxarılmasına alternativ bir marşrut yaradılacaq və marşrut Türkiyədən yan keçəcək.

Beynəlxalq enerji yolları və sərmayələr mövzusunda mütəxəssis olan pakistanlı mayor Agha Amin “NATO-nun strateji dəhlizi Kürdüstan” layihəsinin detallarını 2013-cü ildə açıqlayıb. Aminin sözlərinə görə, NATO-nun “qurdları” Suriyanı yedikdən sonra növbə Türkiyəyə gələcək.

Türkiyədən Hindistana NATO dəhlizinin açılması planlaşdırılır. Dəhlizin bir hissəsində qurulacaq “Kürdüstan” Rusiyanın qaz siyasətində əhəmiyyətli dəyişikliyə gətirib çıxarmalıdır. Moskva Dövlət Universitetində enerji təhlükəsizliyi üzrə çalışan türkiyəli dosent Tuğçe Sevim Varol 9 noyabr 2014-cü ildə dərc etdirdiyi “Aralıq dənizinə kürdlər üçün dəhliz planı” başlıqlı analizində bu məsələyə toxunub. Onun sözlərinə görə, əsas məqsəd kürd bölgəsinin enerji ehtiyatlarını Türkiyə üzərindən deyil, Hələb üzərindən keçməklə Lazikiyeyə, yəni Aralıq dənizinə çatdırmaqdır.

ABŞ prezidenti Donald Trampın YPG-yə (PYD-nin silahlı qolu –red.) ağır silahların çatdırılması ilə bağlı qərarı isə Vaşinqtonun niyyətinin açıq şəkildə ortaya qoyub. Vaşintqon YPG-yə verilən silahların qeydı alındığı və Rakka əməliyyatından sonra geri alınacağına dair təminat verib. Lakin Ankara buna inanmır. Bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunun qeyri-real olduğunu dilə gətirdi.




Qaynaq: Ocaq TV

Editör: Kemale



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



4 + 4 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI