Bu gün...
Arakanlılar bir əsr öncə bizə 35 min qızıl ilə dəstək oldu" - Ərdoğan
"Bir əsr öncə aralarında topladıqları 35 min qızılı əcdadımıza göndərib dəstək olan Arakanlılara vəfamızı göstərəcəyik." Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin bayramlaşma mərasimində çıxışında səsləndirib.

facebook-paylas
Tarix: 02-09-2017 12:26
Arakanlılar bir əsr öncə bizə 35 min qızıl ilə dəstək oldu" - Ərdoğan

Arakandakı qətliama toxunan Ərdoğan, "3 gündür Arakan ilə bağlı olaraq dövlət başçılarını, BMT-nin Baş Katini aradım. Bir duyarlılıq istəyirəm. 19-undan etibarən BMT Baş Assambleyası toplanır. Onları burada çox fərqli şəkildə dilə gətirəcəyik. BMT Baş Assambleyasından bütün dünyaya bunu anlatacağıq. İkili görüşmələrdə də yenə anlatacağıq. Kimsə danışmasa da biz danışacağıq" deyib.

 

Ərdoğan çıxışına belə davam edib:

 

"Arakan könül dünyamızın sərhədləri içərisindədir"

 

Zaman zaman qəzetlərdə, sosial medyada Arakanın bizimlə nə əlqəsi var, niyə qarışırıq" deyənlər var. Bu cür fikirlər səsləndirənlər tarixlərini bilmirlər. Bunlar bizim Myanmada şəhidliyimizin olduğundan da xəbərsizdirlər. Arakan bizə coğrafi olaraq uzaq ola bilər, amma könül dünyamızın sərhədləri içərisindədir.

 

"Müsəlmanları Myanmadan silməyə çalışırlar"

 

Köhnə adı ilə Burma, bugünkü adıyla Myanma  Çin ilə Hindistan arasında önəmli bir keçid güzərgahı olması nədəniylə önəmli bir nöqtədədir. Arakan müsəlman dövlət adamları tərəfindən idarə edilib. Bu gün 1.5 milyon arakanlı vətəndaşlıq daxil bütün haqlardan məhrum qalıb. Qətliam və basqılarla Arakan müsəlmanlarının geçmişi Mynmadan silinməyə çalışılır.

 

"Qanlı oyun Arakanda pozulacaqdır"

 

Həyatlarını qurtarmaq üçün çaldıqları bütün qapılar üzlərinə bağlanan Arakanlılar radikal teror təşkilatlarına yönəlmələrinin sanki təşviq edilməsi isə üzərində ayrıca düşünülməsi gərəkən ayrıcabir durumdur. Qədim İslam mədəniyyəti yox edilməyə çalışılır. İnşallah bu qanlı oyun Arakanda pozulacaqdır.

 

"Arakanlılar bir əsr öncə bizə 35 min qızıl ilə dəstək oldu"

 

Təxminən bir əsr öncə yardım üçün aralarında topladıqları 35 min qızılı müxtəlif yollarla göndərən bu qardaşlarımıza bütün dünya kimi arxamızı çevirməyəcəyik. Arakan müsəlmanlarını biz də bu gün yalnız buraxmayacağıq. Eyni zamanda vəfa borcumuz var.

 

"Soyqırıma göz yumanlar qətliama ortaqdırlar"

 

Bölgənin strateji önəmi səbəbiylə Myanma dövlətini yanlarına almak istəyən güclərin heç biri də bu insanlıq dramı üçün canyandırıcı addımlar atmır. Orada bir soyqırım var. Səssiz dayanırlar. Sadəcə Arakan müsəlmanları deyil, digər etnik qruplar da basqı altındadır. Demokratiya maskası altında həyata keçirilən bu soyqırırma göz yumanlar qətlima ortaqdır.

 

"İslam dünyasının səssiz qalması dramdır"

 

Dünya medyası da yaşanan qətliamın ortağıdır. İslam dünyasının səssiz qalması ayrı bir dramdır. Türkiyə olaraq bu mövzudakı həssasiyətimizi dilə gətirir, bölgədə insani yardım fəaliyyətimizi davam etdiririk. Çalışmalarımıza davam edəcəyik. Bu qətliamlarara İslam dünyası yetərli ilgiyi göstərmədiyi üçün çalışmalarımızda yetərli nəticəni ala bilmirik. Bu məsələnin təqibçisi olacaq, arakanlı müsəlmanlara həm insanlıq borcumuzu ödəyəcək, həm də Türk milləti olaraq tarixdən gələn vəfamızı göstərəcəyik.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



8 + 1 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI