Bu gün...
Avropa Azərbaycanlıları Konqresi Brüsseldə Ermənistan Səfirliyi qarşısında yürüş keçirəcək
İyulun 14-də Brüssel şəhərində Avropa Azərbaycanlıları Konqresi tərəfindən Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatına etiraz əlaməti olaraq yürüş keçiriləcək.

facebook-paylas
Tarix: 07-07-2017 12:52
Avropa Azərbaycanlıları Konqresi  Brüsseldə Ermənistan Səfirliyi qarşısında  yürüş keçirəcək

Yürüşün keçirilməsində məqsəd Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərinin atəşə tutulması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması ilə bağlı yerli ictimaiyyəti məlumatlandırmaq və dünya birliyini Ermənistan dövlətinin Azərbaycanın işğal olunmuş torpaqlarında  özbaşınalığına   son qoymağa çağırmaqdır.

Yürüş “Lüksemburq sarayı”ndan başlayaraq, Ermənistanın Brüsseldəki səfirliyinə qədər davam edəcək. Yürüşdə Ermənistan ordusunun vəhşiliyini göstərən plakatlardan istifadə olunacaq, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinə etiraz ifadə edən şüarlar səsləndiriləcək. Yürüşün keçirilməsi üçün Brüssel şəhərinin merinə, Brüssel polisinə məlumat verilib.

Qeyd edək ki, artıq Avropa Azərbaycanlıları Konqresi (AAK) tərəfindən Avropa İnstitutlarına, beynəlxalq təşkilatlara, Ermənistanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə etiraz məktubları ünvanlanıb, bəyanatlar  göndərilib.




Qaynaq: Ocaq TV

Editör: Kemale



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



6 + 1 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI