Bu gün...
Avropaya qanlı hücumlar hazırlanır - Qisas MÜHARİBƏSİ
İŞİD terror qruplaşmasının lideri Əbubəkd əl-Bağdadi aldığı məğlubiyyətlərə görə qisas olaraq Böyük Britaniya və başqa Avropa ölkələrinə qarşı terror hücumlarının yeni dalğasını hazırlayır.

facebook-paylas
Tarix: 07-09-2017 16:24
Avropaya qanlı hücumlar hazırlanır - Qisas MÜHARİBƏSİ

Bu haqda Şimali İraq kürd muxtariyyətinin anti-terror güclərinin yüksək vəzifəli nümayəndəsi Lahur Tələbaniyə istinadən “Teleqraf” qəzeti yazıb.

Tələbaninin sözlərinə görə, əl-Bağdadi sağdır və mümkündür ki, Suriya və İraq sərhədi arasında yerləşən səhrada gizlənir. O qeyd edib ki, İŞİD lideri ardıcıl məğlubiyyətlərlə üzləşən döyüşçülərin mənəvi ruhunu qaldırmaq üçün Qərbə qarşı hücumların yeni dalğasına başlamağa çalışır.

“Bunun üçün əl-Bağdadi və onun ətrafı Avropa ölkələrində daha hiyləgər hücumların təşkili ilə məşğul olur. İŞİD rəhbərliyi nümayiş etdirmək istəyir ki, qruplaşma hələ də Qərbə qarşı müharibə aparmağa qadirdi”, - o bildirib.

Anti-terror güclərinin yüksək vəzifəli nümayəndəsi bildirib ki, İŞİD İraq və Suriyada xeyli torpaq itirsə də, bu, İŞİD-in sonu deyil. Tələbani bildirib ki, ölkədə radikal siyasi islahatlar həyata keçirilməsə, İraqda terror qruplaşmalarının yeni nəsli yarana bilər.

Hazırda Londonda səfərdə olan Tələbani Britaniyanın müdafiə naziri Maykl Fellon və başqa məmurlarla görüşəcək.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



8 + 2 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI