Bu gün...
Azərbaycan erməni ordusunu məhv edəcək S-400 raketlərini alır – Düşmənə gözləmədiyi yerdən zərbə
Azərbaycan müdafiə naziri Zakir Həsənovun Ermənistanın qürrələndiyi “İskəndər” raket kompleksini məhv etmək gücünə malik silahlarımızın olması haqda dedikləri İrəvanda təşvişlə müzakirə edilir

facebook-paylas
Tarix: 17-07-2017 11:16
Azərbaycan erməni ordusunu məhv edəcək S-400 raketlərini alır – Düşmənə gözləmədiyi yerdən zərbə

Belə ki, Azərbaycanın silah arsenalında olan “Favorit” S-300PMU-2 və “Barak 8” raket sistemləri “İskəndər”in qarşısını almaq gücündədir.

Ermənistanda prezident Serj Sarkisyan da daxil olmaqla müxtəlif dairələrin verdiyi reaksiyalar bu baxımdan təsadüfi deyil.

Digər tərəfdən, Ermənistandakı “İskəndər”lərin erməni hərbi birləşmələrinin arsenalına daxil olmadığı, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının tərkibində olduğu, həmçinin, Moskvanın bu raket komplekslərini İrəvana verməsinin arxasında siyasi məqsədlərin mövcudluğu da  şübhəsizdir. Bunu ermənilərin özləri də etiraf edir.

Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, “İskəndər”lər faktiki olaraq Ermənistan silahlı qüvvələrinin tərkibinə daxil deyil: “Yalnız formal olaraq bizim balansımızdadır. Sabah bu raket kompleksinin tətbiqi gündəmə gələrsə,bu mümkün olmayacaq. Kalininqradda olduğu kimi, Ermənistanda da “İskəndər”lərin istifadəsi ilə bağlı əmri yalnız Putin verə bilər”.

S.Artsruni əlavə edir ki, “İskəndər”lər yalnız mifdir.

Ermənistanı qorxuya salan digər məqam isə Rusiyanın Azərbaycana S-400 raket müdafiə sistemlərinin verəcəyidir. Bu qorxunun mənbəyi Türkiyə və Rusiya arasında S-400-lərin alınması ilə bağlı sazişin imzalanmasıdır.

Siyasi şərhçi Akop Badalyan yazır ki, Türkiyə Rusiyadan aldığı iki divizion S-400-ün birini Azərbaycana verə bilər.

Akop Badalyan əlavə edib ki,“Türkiyə bu raket kompleksini Azərbaycana məhz “İskəndər”lərdən müdafiə üçün verə bilər. Əslində bu, Moskvanın razılığı ilə baş tutacaq məsələdir. Ermənistana “İskəndər” verən Rusiya Azərbaycana da S-400 verərək, münasibətləri qoruyur və bunu Türkiyə vasitəsilə edir”.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



9 + 5 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI