Bu gün...
Belarus Azərbaycan İcmaları Konqresi Rusiyanın dövlət orqanlarına müraciət ünvanlayıb
Belarus Respublikasındakı Azərbaycan İcmaları Konqresi Rusiya Federasiyası Prezidentinin Administrasiyası, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi, Rusiya Federasiyasının Ali Məhkəməsinə bəyanat ünvanlayıb.

facebook-paylas
Tarix: 19-05-2017 17:07
Belarus Azərbaycan İcmaları Konqresi Rusiyanın dövlət orqanlarına müraciət ünvanlayıb

 “Azərbaycan İcmalar Konqresi” Beynəlxalq İctimai Birliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi ilə əlaqədar dərin narahatlığını ifadə edib. Bəyanatda bildirilir: “Bizim üçün sirr deyil kİ, bütün bu təxribat xarakterli fəaliyyətin arxasında Rusiya və Azərbaycan arasındakı dostluq münasibətlərinə xələl gətirən insanlar və təşkilatlar dayanır. Azərbaycan İcmalar Konqresi uzun illərdir ÜAK ilə əməkdaşlıq edir. On ildən artıqdır fəaliyyət göstərən təşkilat ikitərəfli əlaqələrin möhkəmləndirilməsi işində özünəməxsus körpü rolunu oynayır”.

Bəyanatda həmçinin vurğulanır ki, ÜAK öz fəaliyyətini hər zaman  Rusiya Federasiyası qanunvericiliyi çərçivəsində qurub. Öz fəaliyyəti çərçivəsində ictimaiyyəti doğma vətənin  milli, mədəni və mənəvi dəyərləri ilə yaxından tanış edib.

“Biz, Belarus azərbaycanlıları respublikamızın müxtəlif diaspor nümayəndələri  ilə birgə  rus diasporu ilə dostluq münasibətləri saxlayır və birlikdə çoxsaylı aksiyalar həyata keçirirk. Heç bir şey bizim qardaşlıq münasibətlərimizə təsir edə bilməz” – deyə bəyanatda qeyd edilir. 




Qaynaq: DİASPORLA İŞ ÜZR? DÖVL?T KOMİT?Sİ

Editör: K?mal?



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



5 + 1 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI