Bu gün...
Brüssel görüşündən sonra Sarkisyan ciddi etiraflarda bulundu
Erməni politoloq Manvel Sarkisyan Xarirci İşlər nazirlərinin Brüssel görüşünü şərh edərkən belə bir məqamı xüsusi önə çəkib ki, “Azərbaycan hərbi diplomatiya ilə bizi sıxır və bu təzyiq illər boyunca davam edir”.

facebook-paylas
Tarix: 12-07-2017 13:56
Brüssel görüşündən sonra Sarkisyan ciddi etiraflarda bulundu

Onun sözlərinə görə, Azərbaycan Qarabağda status-kvonu dəyişdirmək üçün hərbi diplomatiyadan istifadə edir və bunu gizlətmir: “Bakının məqsədi münaqişənin dondurulmuş vəziyyətdə qalmamasıdır, çünki bu, status-kvonun möhkəmlənməsi deməkdir”.

M.Sarkisyan qeyd edib ki, Ermənistan siyasətçiləri səriştəsizdir: “Bizim səriştəsizliyimiz ucbatından, Azərbaycan beynəlxalq aləmdə ciddi nəticələr əldə edir. Bizim siyasətçilər isə müxtəlif bəhanələrlə özlərinə bəraət qazandırır. Görünən budur ki, Azərbaycan hərbi diplomatiyanın bəhrəsini görür, buna görə də Ermənistanın sıxışdırılması prosesini davam etdirəcək. Biz Azərbaycanın bu bacarıqlı diplomatiyasını neytrallaşdıra bilmirik. Əksinə, bizim səriştəsiz siyasətimiz Azərbaycana xeyir gətirir. Faktiki olaraq, biz Azərbaycanın qarşısında dayana bilmirik”.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



7 + 2 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI