Bu gün...
Bu gün İranda 12-ci prezident seçkilərinə start verilib
İran Daxili İşlər Nazirliyinin yaydığı bəyanata əsasən, 80 milyona yaxın əhalisi olan ölkədə 56 milyondan çox vətəndaş səsvermə hüququna malikdir. Bildirilir ki, seçkilər 63 min 500 səsvermə məntəqəsində keçirilir və səsvermə prosesi axşam saat 18-ə qədər davam edəcək.

facebook-paylas
Tarix: 19-05-2017 14:54
Bu gün İranda 12-ci prezident seçkilərinə start verilib

İranın Ali Dini lideri ayətullah Əli Xamenei prezident seçkisində artıq səs verib. “Press TV” Xameneinin ölkədəki prezident seçkisində ilk səs verənlərdən biri olduğunu bildirib.

Səs verdikdən sonra xalqa müraciət edən Xamenei seçkinin vacib olduğunu və ölkənin taleyinin xalqın əlində olduğunu söyləyib.

Qeyd edək ki, seçkilərə çoxsaylı namizəddən yalnız 6 nəfər buraxılıb. Təbliğat zamanı Tehran meri Məhəmməd Baqir Qalibaf İbrahim Rəisinin, İshaq Cahangiri və Mustafa Haşemi Taba isə Həsən Ruhaninin xeyrinə namizədlikdən imtina edib.

Bu gün 3 namizəd mübarizə aparır – hazırkı prezident, islahatçıların dəstəklədiyi Həsən Ruhani, mühafizəkarların dəstəklədiyi İbrahim Rəisi və müstəqil namizəd Mustafa Mirsəlim.

Əsas rəqabətin isə Həsən Ruhani və İbrahim Rəisi arasında gedəcəyi gözlənilir.




Qaynaq: Ocaq TV

Editör: K?mal?



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



9 + 4 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI