Bu gün...
Bu il dünyanın ən böyük çöküşü olacaq
Qlobal bazarların ən məşhur sərmayəçilərindən olan Cim Rocers Qərb dünyası üçün dəhşətli sayıla biləcək öncəgörülər irəli sürüb.

facebook-paylas
Tarix: 20-06-2017 10:16
Bu il dünyanın ən böyük çöküşü olacaq

O, “Biznes İnsayder” qəzetinə müsahibəsində bir neçə il ərzində Qərb sisteminin tamamilə çökəcəyini söyləyib.

“Amerikadakı bəzi səhmlər bir balona çevrilir. Və nəticədə sistem çökəcək. Mən də buna görə Çinə köçdüm və uşaqlarım Çin dilini öyrənirlər. Dövlətlərin iflas etdiyini görəcəksiniz. İslandiya kimi. Başqa ölkələrin taleyi də belə olacaq. Qərb mədəniyyəti çökəcək. Bu həyatınız boyunca yaşayacağınız ən böyük çöküş olacaq”, - Cim Rojers deyib.

Məşhur sərmayəçi qeyd edib ki, bu ilin sonunda və ya gələn il bütün tarixin ən böyük böhranı baş verəcək. O, dünya böhranının 2008-ci ildə olduğu kimi heç gözlənilməyən bir ölkədən başlanacağını dilə gətirib.

“2007-ci ildə İslandiya iflas etdi. Hər kəs çaşıb qaldı. “Onların bir bazarı varmı?” deyə soruşanlar oldu. Daha sonra İrlandiya çökdü”, - o vurğulayıb.

ABŞ başda olmaqla, dünyadakı borcun miqdarının heç bir zaman bu qədər acınacaqlı vəziyyətdə olmadığını vurğulayan Rovers bildirib ki, 2008-ci ilin böhranında Çinin əlində pis günlər üçün böyük ehtiyat var idi:

“Çətin günlər gəldi və onlar da pullarını xərcləməyə başladılar. Hazırda Çinin də borcu var. Amma ABŞ Mərkəzi Bankının borcu 2008-ci ildəkindən beş dəfə çoxdur”.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



5 + 9 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI