Bu gün...
"Bundan sonra 20 il də keçsə güzəşt olmayacaq..."
Xəbər verildiyi kimi ötən həftə Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanla sərhəd Tavuş bölgəsində olub və erməni mövqelərinə baş çəkib. Daha sonra hərbi geyimdə “Ermənistan” telekanalının “R-Evolyusiya” proqramına müsahibə verib. Telekanal həmin müsahibəni ötən axşam yayımlayıb və məlum olur ki, Sərkisyan Qarabağ məsələsi və Rusiyanın Azərbaycana silah satması kimi mövzularda geniş danışıb.

facebook-paylas
Tarix: 17-07-2017 11:27
"Bundan sonra 20 il də keçsə güzəşt olmayacaq..."

Belə ki, Sərkisyan Rusiyanın Azərbaycana silah satmasını “erməni-rus münasibətlərində ən ağrılı məsələ” adlandırıb.

Ermənistan rəhbəri deyib ki, Rusiyanın Azərbaycanı silahlandırması nəticəsində hələlik “ciddi heç nə baş verməyib” və əgər nə vaxtsa ciddi nəsə baş versə o zaman ittiham eləmək olar. “Əgər ciddi nəticələr olmayacaqsa biz bunu Rusiya tərəfinin regonda vəziyyəti stabilləşdirməyə yönələn uzunmüddətli siyasi fəaliyyəti hesab edəcəyik”.

Ermənistan rəhbərinin sözlərinə görə, Azərbaycana silah satışına görə Yerevanda Rusiya ilə münasibətlərə yenidən baxmaq çağırışları “çox təhlükəlidir”. 

İşğalçı ölkənin başçısı təsdiq edib ki, Ermənistan Qarabağ danışıqlarında heç vaxt güzəşt mövqeyi tutmayıb, başqa sözlə, danışıqlar naminə danışıqlar aparıb. Məqsədi status-kvonu mümkün qədər uzatmaq olub.

“Son 20 ildə biz heç vaxt güzəştlər haqda danışmamışıq. Həmişə demişik və deməkdə davam edirik ki, münaqişənin kompromis variantlarla həllində maraqlıyıq. Bunlar müxtəlif anlayışlardır. Mən əminəm ki, məsələ 20 il bundan sonra da həll olunmasa erməni tərəfində heç vaxt situasiyanı yumşaltmaq üçün güzəşt meylləri yaranmayacaq, belə ki, bu, həllə aparıb çıxara bilməz”.

 

Ermənistan rəhbəri silahlanma məsələsinə qayıdaraq deyib ki, ötən ilin aprel döyüşləri zamanı erməni tərəfi Azərbaycanın almağa imkan tapdığı bir sıra silahlara malik deyildi. “Bəyəm bu sirrdir ki, Azərbaycan bizdən varlıdır, silahlanmaya və s. böyük vəsait xərcləyir? Sirr deyil. Və birdən kimsə desə ki, iki ilə, beş ilə Ermənistanı Azərbaycandan daha varlı edəcək, o adamı siyasətdən uzağa qovmaq lazımdır, çünki bu, şarlatanlıqdır, yalandır”.

İşğalçı ölkənin başçısı onu da təsdiq vurğulayıb ki, Qarabağda hərbi əməliyyatların başlanması onun ölkəsi üçün arzuolunmaz nəticələrə gətirib çıxaracaq. “Dağlıq Qarabağda döyüş əməliyyatları olduqca arzuolunmazdır, və ilk növbədə Ermənistan üçün arzuolunmazdır. Danışıqlar prosesinij alternativi yoxdur. Alternativi döyüş əməliyyatlarıdır ki, bu da arzuolunmazdır və ola bilsin ki,ilk növbədə bizim üçün”.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



1 + 1 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI