Bu gün...
Cəbhədə atışma: 1 erməni əsgər öldü, 2-si yaralandı - MN
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatını şərh edib.

facebook-paylas
Tarix: 08-02-2018 10:37
Cəbhədə atışma: 1 erməni əsgər öldü, 2-si yaralandı - MN

Nazirliyin mətbuat xidməti bildirilib ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı Azərbaycan bölmələri tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb: "Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir".

Qeyd edək ki, erməni mediası hərbi qulluqçusu 1998-ci il təvəllüdlü Ayk Kələntəryanın atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumat yaymışdı.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



8 + 1 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI