Bu gün...
CİA-dan təlimat alan və Türkiyəyə hücum əmri verən “qara qutu” məhv edildi
PKK terror təşkilatının Suriyadakı kəşfiyyat işlərindən məsuliyyətli üzvü olan “Cudi Amed” kod adlı terrorçu fevralın 5-də Hasekedə öldürülüb.

facebook-paylas
Tarix: 12-02-2018 08:56
CİA-dan təlimat alan və Türkiyəyə hücum əmri verən “qara qutu” məhv edildi

Türkiyənin “Yeni Şəfəq” nəşri xəbər verir ki, Amerikanın PKK-ya silah-sursat yardımlarını koordinasiya edən terrorçu təşkilatın “qara qutu”su adlanırdı.

2014-cü ildən başlayaraq, ABŞ-ın Suriyaya göndərdiyi silah-sursatı təhvil alan “Cudi Amed” bölgəyə 2012-ci ildə Qəndildən (PKK terror təşkilatının əsas qərargahı, Şimali İraqda yerləşir) göndərilib. PKK-nın Türkiyədə həyata keçirdiyi bir çox terror hücumlarının əmrini verən “Cudi Amed” təşkilatın Suriya qanadı olan PYD-nin “kölgə lideri” kimi tanınırdı.

“Yeni Şəfəq” nəşrinin xəbərinə görə, “Cudi Amed” ilk olaraq 1990-cı illərdə Almaniya və Belçika kəşfiyyatı tərəfindən xüsusi hazırlanıb. 2013-2014-cü illərdə isə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindən təlim alıb. Nəşr qeyd edir ki, terrorçu Suriyanın kəşfiyyat qurumu olan “Əl-Muhaberat” və iranlı səlahiyyətliləri ilə PKK-nın əlaqələrini təmin edirdi.

Onun Hasekedə amerikalı səlahiyyətlilərlə hərbi düşərgədə görüşdən sonra öldürüldüyü bildirilir. “Cudi Amed” Hasekenin Əbu Raseyn qəsəbəsindən keçərkən 4 mühafizəçisi ilə birlikdə hücuma məruz qalıb. Ona hücum edənlərin kimliyi barədə məlumat verilməyib.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



3 + 8 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI