Bu gün...
Dünyanın hakimi olmaq üçün ki süpergüc həlledici savaşa başlayır
Çin ABŞ-ın II Dünya müharibəsindən bu yana hakimiyyət qurduğu strateji dəniz yolları üzərindəki üstünlüyünə meydan oxuyan addımlar atır.

facebook-paylas
Tarix: 13-07-2017 16:15
Dünyanın hakimi olmaq üçün ki süpergüc həlledici savaşa başlayır

Belə ki, Pekin son olaraq təyyarədaşıyan gəmi ilə gücləndirdiyi donanmasını strateji əhəmiyyətli Tayvan boğazına göndərib.

ABŞ-ın qlobal miqyasda zəifləməsindən istifadə edən Çin iqtisadi sahədən sonra siyasi və hərbi sahələrdə də həmlələr edir. Strateji dəniz yollarında hakimiyyət qurmaq istəyən Pekin Cənubi Çin dənizi ilə kifayətlənmək niyyətində deyil.

Çin ilk xarici bazasını Cibutidə quracağını rəsmi olaraq elan edib. Cibuti Qırmızı dəniz və Hind okeanına nəzarət baxımından strateji əhəmiyyətə sahibdir. Cibuti enerji xəttləri və qlobal ticarətə nəzarət baxımından strateji əhəmiyyət daşıyır.

Qlobal sistemin yeni supergücü olmaq üçün əhəmiyyətli addımlar atan Çin Aralıq və Baltik dənizlərində də Rusiya donanması ilə birgə təlimlər keçirəcək.

Çinin strateji dəniz yollarındakı son hücumu ABŞ-a birbaşa meydan oxuma kimi qiymətləndirilir. Pekin “Dəniz İpək Yolu Layihəsi” ilə inkişaf edən iqtisadiyyatının ehtiyac duyduğu karbohidrogen ehtiyatlarla təmin etmək istəyir.

Qeyd edək ki, Cənubi-şərqi Asiya dünyanın ən sıx dəniz yolu hesab olunur. Çin Cənubi Çin dənizində uzun mənzilli raket batareyalarının yerləşdiriləcəyi 20-dən çox bazanın inşasını tamamlamağa yaxındır. Hərbi bazalar ABŞ tərəfindən hərbi təhdid olaraq qiymətləndirilir. Çin dünya dəniz ticarətinin təxminən üçdə birinin reallaşdırıldığı Cənub Çin dənizinin sularının az qala hamısına iddia edir. Dəniz sularına digər iddiaçılar Bruney, Malayziya, Filippin, Tayvan və Vyetnamdır.

ABŞ prezidenti Donald Trampın administrasiyası Cənub Çin dənizində Çin tərəfindən süni adaların tikilməsini qeyri-qanuni hesab edir. Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) Cənub Çin dənizi üzrə mütəxəssisi Greg Poling uçuş zolaqlarının olduğu Spratly adaları da daxil olmaqla, tikilən 7 süni adaya hava hücumundan müdafiə sistemləri və digər silahların yerləşdirdiyini bildirib.

Ötən il ABŞ-ın Hərbi hava qüvvələri naziri Debora Li Ceyms Sakit okean regionuna ilk dəfə üç strateji bombardman təyyarəsinin yerləşdirildiyini bildirib. Nazir ABŞ-ın B-52, B-1 və B-2 təyyarələrinin ilk dəfə eyni anda Guamdaki Andersen hava bazasında yerləşdirildiyini açıqlayıb.

Hərbi mütəxəssislər son dövrdə regionda nüvə toqquşması riskinin ciddi şəkildə artdığını vurğulayırlar. Pekin isə Donald Trampın prezidentliyi dövründə ABŞ-la müharibənin qaçılmaz olduğunu bildirir. 2017-ci ilin yanvarında Çinin Müdafiə və Səfərbərlik Komissiyasından olan yüksək çinli zabitin “Çin Xalq Qurtuluş Ordusu”nun saytında yayımlanan məqaləsində deyilirdi ki, “Trampın prezidentliyi dövründə baş verə biləcək müharibə” kimi sözlər artıq şüar yox, reallıqdır.

Çinli zabit bildirib ki, Cənubi və Şərqi Çin Dənizində əlavə hərbi qüvvənin, eləcə də Koreya yarımadasını qorumaq üçün raketdən müdafiə sistemlərinin yerləşdirilməsinə əmr verilib.

Analitiklərin proqnozlarına görə, Amerika əsas gücünü Çinlə mübarizəyə istiqamətləndirir. Bunun nə demək olduğu məlumdur. Vaşinqton hələ Barak Obama administrasiyası dövründən xarici siyasətin əsas ağırlıq mərkəzini Cənubi-şərqi Asiyaya keçirməyə başlayıb. Region üzərində təmin ediləcək hakimiyyətin gələcəkdə beynəlxalq nəzarət baxımından da həledici olacağı bildirilir.



XƏBƏR VİDEOSU





Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



5 + 9 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI