Bu gün...
Elçibəyin doğum gününə həsr olunmuş geniş ədəbi-bədii tədbir keçirildi
24 iyun 2017-ci il tarixində “Bütöv Azərbaycan Ocaqları”nın (BAO) təşkilatçılığı ilə Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günü münasibəti ilə “Elçibəy-79” adlı ədəbi-bədii tədbir keçirildi.

facebook-paylas
Tarix: 25-06-2017 09:01
Elçibəyin doğum gününə həsr olunmuş geniş ədəbi-bədii tədbir keçirildi

Tədbir Azərbaycan Respubılikasının Dövlət Himni ilə açıq elan edildi. Sonra tədbirin aparıcısı, BAO fəalı Zəka Sahib iştirakçıları salamlayaraq sözü çıxışçılara verdi. Ziyalılardan Mirmövsüm Mahmudov, Mehriban Vəzir, Etibar Qədim ictimai-siyasi xadimlərdən İsa Qəmdər, Pənah Hüseyn, Qubad İbadoğlu, Aqil Səmədbəyli, Əjdər Tağızadə və digərləri Elçibəy şəxsiyyəti, onun həyat yolu və mübarizəsi haqqında öz fikirlərini bölüşdülər. Çıxışlar arasında və sonra şeirlər və musiqi nömrələrinə də yer verildi. İslam Universitetinin tələbəsi, BAO fəalı İlkin İmanlı və məktəbli uşaqlar tərəfindən Elçibəyə həsr olunmuş və vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi. Aşıq Qızqayıt İsalı və Ozan Fəxrəddin Salaminin sazda ifa etdikləri mahnılar tədbir iştirakçılarının alqışları ilə qarşılandı. Tədbirdə həmçinin “Bütöv Azərbaycan Ocaqları”nın Gənclər Təşkilatının (BAOGT) vəBAO.TV-nin birgə hazırladıqları Elçibəyə həsr olunmuş video-müsahibələr təqdim olundu. Təqdimatdan sonra BAO fəalı və video-müsahibələrin aparılmasının təşəbbüskarlarından biri olan Elvin Abdulla Bakı şəhərinin mərkəzində bu müsahibələrin götürülməsinin maraqlı məqamlarından danışdı. Sonda tədbir iştirakçıları kollektiv xatirə şəkli çəkdirdilər.




Editör: Eldeniz Abbaslı



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



1 + 6 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI