Bu gün...
Elçin Quliyev Rusiyaya etiraz bildirdi, Federal Təhlükəsizlik Xidməti “Qarabağ”ı götürdü
Erməni KİV-nin yaydığı məlumata görə,Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd Qoşunları İdarəsi İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası dövlət sərhədinin yarılması və şərti qaçaqmalçıların Dağlıq Qarabağ ərazisinə keçmək cəhdinin qarşısının alınması ssenarisi üzrə birgə təlimlərin keçirilməsi ilə bağlı iki gün əvvəl yaydığı xəbərə təkzib verib və onun mətnini dəyişib.

facebook-paylas
Tarix: 12-07-2017 10:36
Elçin Quliyev Rusiyaya etiraz bildirdi, Federal Təhlükəsizlik Xidməti “Qarabağ”ı götürdü

 

Xatırladaq ki, əvvəlki məlumatda Rusiya Sərhəd Xidməti ilə Ermənistan sərhədçilərinin birgə hərbi təlimlərə başladıqları bildirilirdi. Vurğulanırdı ki, hərbi təlimdə Ermənistan-İran sərhədinin qorunması, həmçinin, şərti qaçaqmalçıların “Dağlıq Qarabağ Respublikası”na keçməsinin qarşısının alınması ssenarisi sınaqdan keçirilib.

Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının mətbuat xidmətinin məlumatında deyilirdi ki,“İki şərti sərhəd pozucusu İrandan Ermənistana keçərək, Dağlıq Qarabağda gizləniblər. Döyüş tapşırığına uyğun olaraq, sərhədpozucularının axtarışı aparılıb və təlim uğurla başa çatdırılıb”.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev tərəfindən bu məsələyə aydınlıq gətirilməsi məqsədi ilə dünən Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin direktoru ordu generalı Vladimir Kulişova rəsmi məktub göndərilmişdi.

 

Yuxarıda haqqında bəhs etdiyimiz dəqiqləşdirmədə Rusiya Sərhəd Qoşunları Ermənistan sərhədçiləri ilə birlikdə İrandan Qarabağa keçmək istəyən sərhəd pozucularına qarşı təlimin keçirilməsi ilə bağlı məlumatı təkzib edib.

Məlumatda göstərilirdi ki, Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçirib.

Təlimlərdə İran-Ermənistan sərhədini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə ələ keçirilmə ssenariləri işlənib.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



9 + 4 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI