Bu gün...
Ermənistan Gürcüstanın azərbaycanlılar yaşayan ərazisini işğal etdi
Dünən Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşən Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu görüşdən öncə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qeyri-formal iclasında iştirak edən Rusiya xarici işlər naziri Sergey Lavrovla bağlı qapılar arxasında müzakirələr aparıb.

facebook-paylas
Tarix: 12-07-2017 09:32
Ermənistan Gürcüstanın azərbaycanlılar yaşayan ərazisini işğal etdi

Nalbandyanla Lavrovun bağlı qapılar arxasında nələri müzakirə etdiyi dəqiq bilinmir. Lakin Məmmədyarovla görüşdən saatlar öncə Nalbandyanın Lavrovla qapalı görüşməsi və nələr müzakirə etməsi maraq doğurur.

Hesab etmək olar ki, Nalbandyan Lavrovla Rusiya-Ermənistan münasibətlərinə dair hansısa nüansları müzakirə edib. Ermənistan tərəfinin rəsmi məlumatında isə bildirilir ki, görüşdə Dağlıq Qarabağla bağlı Vyana və Sankt-Peterburq razılaşmaları haqda da fikir mübadiləsi aparılıb.

Minsk qrupunun həmsədr ölkəsi olan Rusiyanın baş diplomatının Məmmədyarov-Nalbandyan görüşündən saatlar öncə Qarabağ məsələsini Nalbandyanla müzakirə etməsi şübhələrə yol açır. Və ortaya iki yanaşma çıxır:

Birinci: Lavrov Nalbandyanı Məmmədyarovla görüşdə hansı şərtlər irəli sürəcəyi, yaxud nəyə razılaşıb, nədən imtina edəcəyi ilə bağlı təlimatlandırıb.

İkinci: Hesab etmək olar ki, Lavrov Məmmədyarovla görüşə gedən Nalbandyana danışıqlardan geri çəkilməməyi, xüsusilə Sankt-Peterburq razılaşmaları ilə bağlı məsələyə mane olmamağı tövsiyə edib. Hansı ki,Rusiyanın təşəbbüsü ilə irəli sürülən bu razılaşma ərazilərin qaytarılması və mövcud status-kvonun dəyişməsini özündə ehtiva edir. Moskvanın əsas marağı isə münaqişəni bu çərçivədə həll edib öz qoşunlarını sülhməramlı missiya ilə regiona yerləşdirməkir.

Lakin o da mümkündür ki, Lavrov-Nalbandyan görüşündə Qarabağ məsələsinə toxunulub, əsas müzakirə mövzusu isə ikitərəfli məsələlər olub. Nəzərə alsaq ki, iyulun 9-da Azərbaycanın Rusiyadan aldığı silahların yeni partiyası Bakıya gətirildi və bu, Ermənistanda ciddi narazılığa səbəb oldu, ehtimal etmək olar ki, Nalbandyan fürsət yaranmışkən rusiyalı həmkarına öz narazılığını ifadə etmək üçün görüşüb.

Ermənistan mediasında Lavrov-Nalbandyan görüşünə dair yer alan xəbərlər də diqqət çəkir.

“1in.am” saytı yazır ki, Nalbandyan Lavrovla görüşdə Rusiyanın Azərbaycana göndərdiyi silahlar haqda ümumiyyətlə danışmayıb.

“Edvard Nalbandyanın cəsarəti çatmadı ki, rusiyalı həmkarından Azərbaycana verilən silahların izahatını tələb etsin. Görünür, görüşdə Nalbandyan sadəcə susub, Lavrov isə diktə edib”, - deyə sayt qeyd edir.

Ermənistan mediasının bu yanaşması “Lavrov Nalbandyana Məmmədyarovla görüşdə razılaşmalardan qaçmamağı tövsiyə edib” fikrini daha da gücləndirir.

Onu da qeyd edək ki,görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün bu ilin sentyabrında Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilməsinə dair razılıq əldə olunub.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



8 + 6 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI