Bu gün...
Ermənistan Gürcüstanın azərbaycanlılar yaşayan ərazisini işğal etdi
Ermənistanın Gürcüstan sərhədlərini pozaraq, bu ölkənin qədim Hucabi monastrını zəbt etməsi yenidən gündəmə gəlib.

facebook-paylas
Tarix: 12-07-2017 09:44
Ermənistan Gürcüstanın azərbaycanlılar yaşayan ərazisini işğal etdi

Belə ki, “kavkazplus” saytı gürcü torpaqlarının zəbt edilməsinin iki ölkə arasında ciddi qarşıdurmaya gətirəcəyini yazıb.

Sayt yazır ki, Hucabi monastrı Gürcü Pravoslav kilsəsinin ən böyük ziyarətgahlarından biridir: “Bu ziyarətgah artıq Ermənistan tərəfindən zəbt edilib. Bu gün Hucabi monastrı faciəli vəziyyətdədir və məhv olmaq təhlükəsi ilə üzləşib. Ən dəhşətlisi isə odur ki, sırtıq ermənilər sərhədlərin indiki delimitasiyası üzrə faktiki olaraq monastrın ərazisini zəbt etməyi qanuniləşdirə bilər”.

Məqalədə qeyd olunur ki, 1987-ci ildə Hucabi monastrı Gürcüstan SSR-nin azərbaycanlılar yaşayan Marneuli rayonunun inzibati ərazisinə daxil idi. “Buna sənədlər də şahidlik edir. Misal üçün Gürcü Sovet Ensiklopediyasında Hucabi monastrı Gürcüstanın ərazisi olaraq qeyd olunur. Məlumdur ki, SSRİ dövründə rəsmi nəşrlərdə qeyd olunan informasiyalar dəfələrlə yoxlanılmış və dəqiq məlumatlar olub”.

Sayt əlavə edir ki, SSRİ dağılandan sonrakı dövrdə Ermənistan sərhədi tədricən 400 metr irəli çəkərək, monastrı və onun yerləşdiyi ərazini mənimsəyib.

“Halbuki, bu monastr gürcülərə aiddir və onun arxitekturası da 13-cü əsr gürcü memarlıq üslubunun məhsuludur. Hələ 1988-ci ildə Qarabağın işğalı prosesinə strat verən erməni millətçilər Gürcüstana qarşı da təcavüz siyasəti yürüdüb və bunun nəticəsi olaraq, Hucabi monastrı işğal edilib. Görünür, Qarabağın işğalına qədər ermənilər ilk olaraq qonşu Gürcüstanın torpaqlarını işğal edib”.
Gürcüstan mediasının hazırladığı videosüjetdə Hucabi monastrı ətrafındakı kəndlərdə yaşayan azərbaycanlılar erməni sərhədçilərin illər ərzində sərhədi yavaş-yavaş irəli çəkdiyini deyirlər. Hazırda da həmin ərazidə yerləşən kəndlərdə azərbaycanlılar yaşayırlar.

Qeyd edək ki, 2005-ci ildə Gürcüstanın “Mze” telekanalının əməkdaşları monastrdan çəkiliş aparmaq istəyərkən erməni sərhədçiləri tərəfindən atəşə tutulub. Halbuki, gürcü jurnalistlər öz torpaqlarında yerləşən monastra baş çəkmişdi. Həmin vaxt bu hadisə iki ölkə arasında gərginliyə səbəb oldu. Lakin sonrakı dövrdə məsələ bir qədər sakitləşdi. Hazırda ermənilərin gürcü torpaqlarını zəbt etməsi faktı Gürcüstan ictimaiyyətində yenidən aktuallaşır.

 




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



1 + 8 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI