Bu gün...
Ermənistanın hakim partiyasının deputatı: “Danışıqlarda hər şey Azərbaycana bağlıdır”
Ermənistanda iqtidar partiyasını təmsil edən millət vəkili Mihran Hakopyan Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistan və Azərbaycan prezidentlərinin mümkün görüşünü şərh edib.

facebook-paylas
Tarix: 25-07-2017 16:22
Ermənistanın hakim partiyasının deputatı: “Danışıqlarda hər şey Azərbaycana bağlıdır”

Ermənistan mediası xəbər verir ki, prezidentlərin baş tuta biləcək təkbətək görüşünü dəyərləndirən Hakopyan deyib ki, “Müzakirə prosesi davam etdiyi dövrdə savaş istəmirik. Əslində Madrid prinsiplərinə söykənən müzakirələr real görünürdü. İndi danışıqlarda hər şey Azərbaycana bağlıdır. Prezidentlərin görüşündən çox böyük olmasa da, müəyyən nəticə gözləmək olar”.

 

Xatırladaq ki, iyulun 21-də Azərbaycan və Rusiya prezidentlərinin Soçidəki görüşü Ermənistan ictimaiyyətində rezonans doğurub. Görüşdən xeyli narahat olan ermənilər Soçidəki danışıqlardan sonra Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşündə Dağlıq Qarabağla bağlı tutarlı qərar qəbul oluna biləcəyindən ehtiyat edir.

 




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



8 + 3 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI