Bu gün...
Ermənistanın növbəti uğursuzluğu: İran "yox" dedi
Ermənistanın Aqarak rayonu yaxınlığında azad iqtisadi zona yaratmaq layihəsi baş tutmayıb.

facebook-paylas
Tarix: 28-05-2017 09:46
Ermənistanın növbəti uğursuzluğu: İran "yox" dedi

Belə ki, Ermənistan İrana adıçəkilən rayonda azad iqtisadi zona yaratmağı təklif edib. İlkin hesablamalara görə, bunun üçün 30 milyon dollar sərmayə tələb olunub. Lakin İran tərəfi iqtisadi əsaslandırma apararaq bu rayona sərmayə yatırmaq istəməyib.

Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, Aqarak rayonunun dənizə çıxışı yoxdur və heç bir dövlətlə həmsərhəd deyil.

Ermənistanın “Armtimes” saytı yazır ki, guya rəsmi İrəvan bu layihəni reallaşdırmaqdan imtina edib. Lakin Ermənistanın iqtisadi vəziyyəti olduqca ağırdır və ölkəyə sərmayə cəlb edilməsi hökumətin ən başlıca vəzifəsidir. Belə olan halda görəsən hansı səbəbdən Ermənistan 30 milyon dollar sərmayədən imtina edib?

Müasir dövrdə iqtisadi inkişafa can atan heç bir normal dövlət sərmayədən imtina etməz, o cümlədən Ermənistan. Sadəcə olaraq İran investorları bu ölkənin perspektivinə şübhə ilə yanaşdıqlarına görə bu işi həyata keçirmək istəməyiblər ki, bunun da səbəbləri var.

İşğalçılıq siyasəti, qonşu dövlətlərə qarşı irəli sürdüyü torpaq iddiaları Ermənistanı təcrid olunmuş vəziyyətə salıb. Bundan başqa, Ermənistanda baş alan korrupsiya və rüşvətxorluq xarici sərmayədarları bu ölkəyə yatırım qoymaqdan çəkindirir.

Bundan əvvəl rəsmi İrəvan İrandan dəmir yolu çəkmək və Ermənistan üzərindən keçməklə Rusiya ilə birləşdirmək təklifi ilə çıxış etmişdi. Lakin bu anlaşma kağız üzərində qaldı. Dəmir yolu çəkildi, ancaq Ermənistandan yox, Azərbaycandan keçməklə.

Aqarak rayonunda yaratmaq istədiyi azad iqtisadi zona isə Ermənistanın növbəti uğursuzluğudur.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



4 + 3 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI