Bu gün...
Haqqin.az-ın əməkdaşı erməni terrorunun hədəfində
2015-ci ildə ailəsilə Ermənistandan qaçaraq Azərbaycana sığınan və Haqqin.az-ın xüsusi müxbiri işləyən Vahan Martirosyan öldürülə bilər.

facebook-paylas
Tarix: 28-05-2017 12:56
Haqqin.az-ın əməkdaşı erməni terrorunun hədəfində

Verilən məlumata görə,hüquq müdafiəçisi və jurnalist haqqında ölüm fitvasını erməni kriminal şəbəkəsi verib.

Yeni yaranmış RAKİB analitik informasiya mərkəzi də bu ehtimalı inkar etməyib. Analitik mərkəzin  müxtəlif mənbələrdən əldə etdiyi məlumatlara əsasən, "Ermənistan-Azərbaycan Sülh Platforması"nın təşkilatçılarından və ilk üzvlərindən olan Vahan Martirosyan Ermənistan tərəfindən ciddi təzyiq altındadır:

RAKİB-in adını çəkilməsini istəməyən əməkdaşı açıqlamasında deyib ki,Martirosyanın məhv edilməsi üçün erməni kriminal avtoritetlər təəbələrinə ciddi əmr veriblər. Yaxın zamanlarda Martirosyanın öldürüldüyü xəbəri mətbuatda yayılarsa, heç də təəccüblü olmayacaq. Ən yaxşı ehtimalda, Martirosyanı Ermənistan xüsusi xidmət orqanları efirə çıxarıb Bakıda vermiş olduğu bəyanatların əksinə bəyanat verməyə məcbur edəcəklər.

Xatırladaq ki, 2015-ci ilin ilin sentyabr ayında hüquq müdafiəçisi və jurnalist Vahan Martirosyan həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə şəxsi və ailəsinin təhlükəsizliyini qorumaq məqsədilə Ermənistandan qaçaraq, Azərbaycandan siyasi sığınacaq istəmişdi. Bir neçə ay Azərbaycanda qaldıqdan sonra isə o, öz arzusu ilə üçüncü ölkəyə göndərilmişdi.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



5 + 2 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI