Bu gün...
İran kəşfiyyat nazirinə dedim ki... - Millət vəkili
Fraksiya təsis edildiyi zaman çoxlu müzakirələr aparıldı. Mən özüm bu məsələ ilə bağlı prezidentin köməkçisi Yunisi ilə məsləhətləşdim. Ona fraksiyanın adı ilə bağlı təklif irəli sürdüm, o da qəbul etdi. Bir çox müzakirələrdən sonra nəhayət ki, fraksiyanın Türk Bölgələri Fraksiyası adlandırılması ilə əlaqədar razılıq əldə olundu.

facebook-paylas
Tarix: 25-08-2017 12:41
İran kəşfiyyat nazirinə dedim ki... - Millət vəkili

Bu sözləri Təbrizin millət vəkili Şəhabəddin Bimiqdar Türk Bölgələri Fraksiyasının gələcək taleyindən danışarkən deyib. O bildirib ki, Fraksiyanın yaradılmasına səbəb bir çox əyalətlərdə türklərin yaşaması olub:

“Bizim məntiqimiz bundan ibarət idi ki, türk əhalisi təkcə Azərbaycanda deyil, onlar Xorasan-i Rəzəvi, Xorasan-i Şimali, Gülüstan, Gilan, Mazandaran və digər əyalətlərdə yaşayır. Ona görə də toplaşdıq və türk adı ilə fraksiya yaratdıq. Parlamentin Rəyasət Heyəti fraksiyanı rəsmən tanıyıb, ona ayrıca otaq ayırmalı idi. Təəssüf ki, fraksiya rəsmən tanınmadı.

Bəziləri onu Şimal-Qərb Fraksiyası adlandırmaq istəyir. Belə olan halda fraksiya İranda bütün türkləri əhatə etmir. Hazırda Qoçan, Şirvan, Dərgəz və s. kimi məntəqələrdə türklərin sayı az deyil. Ənzəli və hətta Tehranın da yarısı türkdür”.

Şəhabəddin Bimiqdar bilirib ki, Rəyasət Heyəti fraksiyanın adına irad tutur:

“Parlamentin Rəyasət Heyəti fraksiyanın adına irad tutur. Lakin bununla bağlı son günlərdə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) naziri ilə söhbət elədim. O da bu məsələdə problem görmədiyini açıqladı və qeyd etdi ki, mövzunun müzakirəyə çıxarılması üçün ona bir məktub göndərilsin. Mən şəxsən Türk Bölgələri Fraksiyası adına təkid edirəm, ona görə ki, bu fraksiya ölkə əhalisinin 40 faizini təşkil edən bir qövmü əhatə etməlidir”.

Qeyd edək ki, Ş.Bimiqdar daha əvvəl fraksiyaya qarşı bir həssaslığın mövcud olduğunu, Rəyasət Heyətinin fraksiyanın fəaliyyətə başlaması üçün sənədi qəbul etmədiyini bildirmişdi.

İran parlamentində ilk dəfə olaraq Türk Bölgələri Fraksiyası 2016-cı ilin oktyabr ayında yaradılıb.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



4 + 7 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI