Bu gün...
İranda terrorçularla sepah arasında silahlı toqquşma baş verib
İnsident zamanı 3 terrorçu öldürülüb, 4 nəfər isə yaralanıb. Toqquşma zamanı həmçinin SEPAH-ın polkovniki Yasin Qənbəri də döyüş zamanı həlak olub.

facebook-paylas
Tarix: 21-07-2017 14:05
İranda terrorçularla sepah arasında silahlı toqquşma baş verib

Sepahın Həmzə adlı 3-cü ordu qərargahından verilən məlumatda isə öldürülən terrorçular xarici dövlətlərin casus şəbəkəsinin muzdluları adlandırılıb. Onların hansı qrupa və ya terror təşkilatına bağlı olduqları barədə məlumat verilməyib. Bəyanatda həmçinin terrorçu dəstənin sağ qalan üzvlərinin toqquşmadan sonra sərhədi keçərək qaçmağa nail olduqları bildirilib.

Qeyd edək ki, Həmzə qərargahı Güney Azərbaycan, Kurdüstan və Kirmanşah vilayətlərinin təhlükəsizliyinə cavab verir.

İranın şimal-qərbindəki toqquşma SEPAH ilə PKK terror təşkilatı arasında olub.

Bu barədə informasiyanı isə İran mətbuatı yayıb. Mətbuat toqquşmanın Türkiyə sərhədinə yaxın ərazidə yerləşən Ziveh kəndi yaxınlığında baş verdiyini bildirib.

Digər maraqlı məqam isə insident zamanı ölən SEPAH polkovniki Yasin Qənbərinin milliyətcə azərbaycanlı olmasıdır. O, bu gün Urmiya şəhərində dəfn edilib.



XƏBƏR VİDEOSU





Qaynaq: Ocaq TV

Editör: Kemale



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



2 + 6 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI