Bu gün...
İranlı qadınlar etiraz əlaməti olaraq hicablarını soyunur
İranda avtomobil idarə edərkən baş örtüklərini çıxaran qadınlar ölkədə yeni çaxnaşmaya səbəb olub. Bütün ölkə “avtomobillər özəl məkanmı, yoxsa ictimai sahəyə aiddirmi” sualını müzakirə edir.

facebook-paylas
Tarix: 12-07-2017 13:59
İranlı qadınlar etiraz əlaməti olaraq hicablarını soyunur

Belə ki, İran polisi avtomobillərin ictimai sahəyə aid olduğunu müdafiə edir və baş örtüyünü çıxaran qadınları cərimələyir.

Lakin bütün qadağalara və cərimələrə baxmayaraq, qadınlar etirazlarını davam etdirirlər. Qadınlar və əxlaq polisləri arasında yaşanan qarşıdurma isə ən çox yay aylarında özünü göstərir.

1979-cu il çevrilişindən sonra ölkədəki qadınlara hicab geyinmək məcburiyyəti gətirilsə də, qadınlar zaman-zaman müxtəlif yollarla bundan imtina edirlər.

Məsələ ilə bağlı hələ 2015-ci ildə açıqlama verən prezident Həsən Ruhani insanların özəl həyatlarına hörmət göstərilməsini tələb etmiş və polis tərəfindən cərimələnən qadınları müdafiə etmişdi. Bu açıqlamadan sonra bir çox iranlı qadın maşında baş örtüklərini çıxarmağa başlamışdı.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



2 + 3 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI