Bu gün...
İşğal olunmuş ərazilərin azad edilməsi üçün yeganə yol
“Krım və Donbasın işğal edilmiş rayonlarının Ukrayna tərkibinə hərbi yolla qaytarılması ehtimalı çox kiçikdir”.

facebook-paylas
Tarix: 17-07-2017 11:43
İşğal olunmuş ərazilərin azad edilməsi üçün yeganə yol

Bunu “Apostrof” nəşrinə müsahibəsində Ukraynanın işğal edilmiş ərazilərin məsələləri üzrə nazir müavini Georgi Tuk deyib.

Tuk qeyd edib ki, Donbasın hərbi yolla qaytarılmasının tərəfdarı deyil. Onun sözlərinə görə, Ukrayna ordusu hələ Rusiya ordusu ilə qarşıdurmaya girə biləcək qədər güclü deyil.

“Bəli, bizim uşaqlarımız indi fədakarcasına vuruşurlar. Amma növbəti dəfə deyirəm, başı qumdan çıxarmaq və səmimi danışmaq lazımdır. Hazırda bizə qarşı aviasiya və raketlər hərəkət etmir. Silahların bu növlərindən istifadə halında müdafiə olunmağa qadirikmi? Məndə şübhələr var ki, Rusiya aviasiya və strateji təyinatlı raket qüvvələrini tətbiq edəcəyi halda lazımı şəkildə müdafiə oluna biləcəyik. Mən hələ nüvə silahı haqqında danışmıram. Sadəcə inanmıram ki, bu silahdan istifadə edilə bilər”.

Nazir müavininin fikrincə, Ukrayna və bütün dünya üçün daha optimal variant Rusiyanın ümumiyyətlə dövlət kimi mövcudluğunu dayandırmasıdır.

“Mən 1990-cı illəri əla xatırlayıram. Ural Respublikası, Başqırdıstan, Tatarsıtan, Kareliya və Çeçenistan Respublikasını əla xatırlayıram. Onlar öz ərazilərinin üzərində mülki aviasiyanın uçuşlarını qadağan etdilər, çünki “bura bizim ərazimizdir” deyirdilər. Buna görə də “heç vaxt” deməyin. Mən inanıram ki, imperiyanın iflasını görəcəyəm. Məhz həmin vaxt Krımı qaytaracağıq”, - Tuk yekunlaşdırıb.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



3 + 7 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI