Bu gün...
Marksizm-leninizm ideologiyası bəşəriyyətə nə verdi?
Bu gün bir çoxları sovet dövründeki nostalji hissləriylə yaşayırlar. Onlar bu müstəqillik bizim nəyimizə lazımdır deyir sovet dövründe yaxşı yaşadıqlarını iddia edirlər. Onlar anlamırlar ki müstəqillik suverenlik azadlıq nə deməkdir . Bugün possovet ölkələrinin hamısında xüsusilə Azərbaycanda insanların müstəqilliyə nifrət etməsi üçün düşünülmüş məqsədyönlü siyasət yeridilir. Məhz bunun nəticəsidir ki sadə xalq sovet dövründə yaxşı yaşadıqlarını iddia edir onlarda müstəqilliyə nifrət hissi oyadılır. Belə düşünürlər ki biz Rusiyanın tabeliyində olsaq hər şey yaxşı olacaq. Bu təbliğatı rusbaşlılar xüsusilə geniş təbliğ edirlər. Düşünmürlər ki sosializm xəyali bir cəmiyyət idi və tarixin sınağından çıxmadı. Ona görə də tarixin arxivinə keçdi. Marksizm ideologiyasının xəmiri qanla yoğurulduğuna görə zaman keçdikcə o quruyur və çatlayır. Zaman zaman bu xəmirə qan vermək lazımdır. Çünki proletar inqlabı və proletar diktaturası qan üstündə yoğurulmuşdur. Başqalarının faciəsi üzərində xoşbəxtlik qurmaq yalnışdır. Bu məqalədə tarixi faktlarla bu ideologiyanın xalqlara ancaq fəlakət və bədbəxtlik gətirməsini sübut etməyə çalışmışam. Sovet nostalgiyası ilə yaşayanların və rusbaşlıların bu məqaləni oxuması xüsusilə vacibdir. Nəhayət gözlərini açıb tarixi həqiqəti görsünlər.

facebook-paylas
Tarix: 01-07-2017 20:47
Marksizm-leninizm ideologiyası bəşəriyyətə nə verdi?

Azad, ədalətli cəmiyyət qurmaq insanların min illərlə arzuladığı və mübarizə apardığı bir ideyadır. Bu arzular zaman-zaman kəskinləşərək üsyanlara və azadlıq uğrunda mübarizəyə səbəb olmuşdur. Bəşər tarixndə xalqların azadlıq və ədalətli cəmiyyət qurmaq arzuları müxtəlif ideologiya bayrağı altında baş vermişdir. XX əsrdə marksizm ideologiyası müxtəlif ölkələrdə yayılmağa başlamış və nəticədə çox böyük faciələrə səbəb oldu. Tarixə baxış müxtəlif ola bilər. Ancaq faktların dili ilə danışdıqda bütün həqiqətlər tam çılpaqlığı ilə ortaya çıxır. Marksizm baniləri azad, ədalətli cəmiyyət qurmağın yollarını araşdıraraq blə nəticəyə gəlmişdilər. Proletar inqilabı etmək və proletar diktaturası qurmaqla sosializm cəmiyyəti qurmaq mümkündür. Lenin bu ideologiyanı inkişah etdirərək sosializm cəmiyyətini ayrıca götürülmüş bir ölkədə qurmağın mümkünlüyünü əsaslandırdı. Proletar diktaturası bir sinfin bütün xalq üzərində ağalığı-hökmranlığı deməkdir. Göründüyü kimi kommunist ideologiyasının mahiyyəti silahlı üsyan, zor və qan tökməkdən ibarətdir. Bu yolla yeni azad və ədalətli cəmiyyət qurmaq mümkün deyil. Mən markist ideologiyasının sosial-iqtisadi və siyasi tərəfləri üzərində dayanmayacaq, ancaq onun törətdiyi fəsadlar və faciələr haqqında qısa tarixi faktları qeyd etməklə insanlığa dəhşətlər gətirdiyini göstərməyə çalışacağam. Müharibə aparan Rusiyada böyük böhran sürürdü. Xalq işsizlik, aclıq və səfalət içində boğulurdu. Bundan istifadə edən rus bolşevikləri xalqlara azadlır və sülh, kəndlilərə torpaq, fəhlələrə fabrik-zavod vəd etməklə ac kütləni öz tərəflərinə çəkə bildilər. 1917-ci ilin oktyabrın 25-də onlar çevriliş edərək Rusiyada proletar diktaturası qurdular. Nəticədə Rusiyada vətəndaş müharıbəsi başlandı. Bu isə 17 min insanın faciəsi ilə nəticələndi. Xalqa vəd edilən hec nə yerinə yetirilmədi. Ölkədə qırmızı terror tüğyan etməyə başladı. Bu yolla öz hakimiyyətlərini möhkəmləndirən bolşeviklər dünya kommunist inqilabı adı altında rus imperiyasını berpa etməyə başladılar. Belə ki, Rusiya imperiyası dağıldıqdan sonra əsarət altına alınmış xalqlar öz milli dövlətlərini yaratmışdılar. Rus bolşevikləri həmin ölkələrdə dünya kommunist inqilabı xəstəliyinə tutulmuş tək-tük adamları toplayaraq onlardan istifadə etməyə başladılar. 1917-ci ilin dekabrında Qzaxıstanda Alaş-Orda adlanan milli Qazax dövləti yaradıldı. Elə bu zaman Buxara əmirliyi və Xirə xanlığı öz müstəqilliklərini elan etdilər.1918-ci ildə Ukrayna, Azərbaycan, Gürcüstan, Ermenistan, Baltikyanı ölkələr də milli dövlətlərinin qurdular. Dünya kommunist inqilabı adı altında rus imperiyasını bərpa etmək istəyən bolşeviklər həmin ölkələri işğal etməyə başladılar. Bu işdə onlara kommunist inqilabı xülyasına inanan yerli kommunistlər kömək edirdilər. 1920-ci il martın 9-da Qazaxıstan işğal edildi. 1918-ci ilin noyabrında yaranmış KrımXalq Respublikası 1920-ci ildə işğal edildi. 1917-ci ilin dekabrında Orenburqda yaranmış Başqırd milli höküməti 1920-ci ilin yanvarında işğal edildi. 1020-21-ci illərdə Azərbaycan, Gürcüstan və ermənistan işğal edildi. Işğal edilmiş ölkələrdə milli qüvvələr məhv edilməyə başlandı. Qırmızı terror tüğyan edir milli qüvvələr məhv edilməyə başlandı. Azərbaycanın işğalına ayrıca nəzər salaq. Bu zaman Azərbaycan Xalq Cümhuriyyəti ölkəni demokratik yolla inkişaf etdirirdi. Azərbaycanda proletar inqilabı etmək üçün heç bir əsas yox idi. Bunu Azərbaycan kommunistlərinin lideri N.Nərimanov Leninə yazdığı məktubda açıq-aydın yazırdı:”sinfi mübarizə imkanları qalmamışdır... ərzaq işi yaxşıdır,ərzaq boldur... Azərbaycana giriş-çıxış azaddır. Qəzetlər bütün istiqamətlərdə çap edilir”. Belə vəziyyətdə Azərbaycanı sovetləşdirməyin bir yolu var idi. O da Azərbaycanı işğal etmək. 1920-ci il 27-28 apreldə XI qızmızı ordu Azərbaycanı işğal etdi. Azərbaycanda qırmızı terror tüğyan etməyə başlandı. F.Xoyski, N.Yusifbəyli, H.Ağayev hökümət üzvləri X.Rəfibəyli, İ.Ziyadxanlı və bir çox başqaları öldürüldü. 1920-ci ilin aprelin 28-dən 1921-ci ilin avqutunadək Azərbaycanda 48 min vətənsevər bolşevik terrorunun qurbanı oldu. Milli qüvvələr məhv edilməyə başlıandı. Cənubi Qafqaz respublikaları zorla sovetləşdirərək Sovet Rusiyanın tərkibinə daxil edildi. Rusiya imperiyası yeni ad, SSRİ adı altında bərpa edilməyə başlandı. Bolşeviklər 20-ci illərdə hakimiyyətlərini möhkəmləndirərək tək partiyakı sistem formalaşdırdılar. Kommunist (bolşeviklər) Partiyası yeganə siyasi qüvvəyə çevrildi. Başqa cür düşünənlər məhv edilməyə başlandı. Müqavimət göstərənlər ya güllələnir ya da Sibire sürgün edilirdi. kollektivleşme nəticəsində 30-cu illərdə 10 mln-dan çox insan aclıqdan tələf oldu. Mədəni inqilab nəticəsində 100 minlərlə ziyalı məhv edildi. Ruslaşdırma siyasəti tüğyan edirdi. Bunun nəticəsində çoxlu kiçik xalqlar tarix səhnəsindən silindi. Ölkədə totalitar dövlət sistemi yaradıldı. Yəni ölkənin bütün həyatı dövlət nəzarətinə keçdi. Demokratik azadlıqlar ləğv edildi. Mədəniyyət ictimai fikir kommunist ideologiyasına xidmət edilməyə yönəldildi. Hakimiyyət bir qrup rəhbərin və ya bir nəfər demokratın əlində cəmləşməyə başladı. Budur marsizm-leonizm ideologiyasının insanlara verdiyi azadlıq, ədalətli cəmiyyət, ümumbəşəri ideyalara və insan haqlrına verdiyi töhvələr. Bu ideologiya insanlara hüquqsuzluq, səfalət, ölüm və faciələrdən başqa bir şey verməmişdir. Çünki xəmiri qanla yoğrulan bir ideologiya qan tökməklə yaşamağa qabildir. II dünya savaşından qalib çıxan SSRİ Baltikyanı və bir sıra Avropa dövlətlərini işğal edərək bu ölkələr zorla sosializmi qəbul etdirdilər. Buna qarşı çıxan ölkələrə divan tutulmağa başlanıldı. 1956- cı ildə Macarıstanda xalq öz milli hökümətini yaratdı. Lakin sovet ordusu yeridilərək macar xalqına (1849-cu ildəCar Rusiyasinin etdiyi kimi ) divan tutdu. SSRİ Avropanın jandarmı rolunu oynayırdı. Dünyanın ən “hümanist” ən “demokratik” dövləti başqa xalqlara necə yaşayacaqlarını diktə edirdi. 1968-ci ildə Çexoslavakiyada demokratik dövlət quruculuğuna başlandı. Sovet tankları Praqa küçələrini qana boyayaraq hakimiyyəti zorla dəyişdirdilər. Sovet imperiyasının yeganə siyasi yolu qan tökməklə həyata keçirilən hərbi yoldur. 1979-cu ilin dekabrında Əfqanıstana qoşun yeridilərək milli hökümət devrildi. Lakin əfqan xalqını ram etmək mümkün olmadı., 1989-cu ildə Sovet ordusu Əfqanıstanı tərk etməyə məcbur oldu. 1980-ci illərdə SSRİ-də inzibati amirlik sisteminin dağılması prosesi getdikcə güclənirdi. Bunun qarşısını almaq üçün yenidən qurma və demokratikləşdirmə adı altında SSRİ-nin dağılmasının qarşısını almaq siyasəti yeridilməyə başlandı. Bundan istifadə edən xalqlar ruslaşdırma siyasətinə qarşı çıxmağa və demokratiya uğrunda mübarizəyə başladılar. Sovet İKP rəhbərliyi 1986-cı ilin dekabrında Alma-Atada 1989-cu ilin aprelində Tiflisdə qan tökməklə qaxaz və gürcü xalqlarını susdurmağa çalışdı. Bundan sonra Bakıdakı və Vilnüsdə dinc əhalinin qətlyamı baş verdi. Məqsəd azadlıq uğrunda mübarizə aparan xalqları susdurmaq və SSRİ-nin dağılmasının qarşısını almaq idi. Hər şeyi zor gücünə həll etmək, xalqları qırmaq sovet İKP-nin əsl mahiyyətini açıq aşkar göstərir. 1990-ci il 20 yanvar hadisələri bunu bir daha sübut etdi. 20 yanvara gedən yol 1985-ci ildə qəbul edilmiş yenidən qurma və aşkarlıq imperiyanin süqutunu sürətləndirdi. SSRİ-nin dağılmasının qarşısını almaq üçün müxtəlif yerlərdə milli qarşıdurma yaratmaqla xaqların diqqətini azadlıq uğrunda mübarizədən yayındırmaq lazım idi. Ona gorədə DQMV-də milli münaqişə ocağı qızışdırıldı. Eyni zamanda Ermənistanda yaşayan azerbaycanlilarin sıxışdırılıb çıxarılması başlandı. 1988-ci ilin yanvarında Qafan və Mehridən ilk qaçqınlar gəlməyə başladı .Fevralın 24-də Əsgəranda iki azərbaycanlının qətlə yetirilməsi, 28 fevralda DTK-nın Sumqayıtda talanlar təşkil etməsi Azərbaycanda sabitliyi pozmaq, etnik düşmənçiliyi gücəndirmək məqsədi güdürdü. 1989-cu il yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycanda SSRİ-nin DQMV-də xususi idarə forması tətbiqi haqqında” qərar qəbul etməsi, iyulda Xankeəndindən azərbaycanlıların, Ermənistandan azərbaycanlıların kütləvi şəkildə qovulması xalqımızın səbrini daşdırdı. Çünki bütün bu hadisələr SSRİ hökümətinin gözü qarşısında baş verirdi. Moskva tədbir görmək, qayda-qanun yaratmaq əvəzinə açıq-aşkar şirnikləndirmə və silahlandırma siyasəti yeridirdi. SSRİ rəhbərliyinin antiazərbaycan siyasəti xalqımızı azadlıq uğrunda mübarizəyə qaldırdi. 1989-cu il dekbrın 31-də Naxçıvanda Sovet-İran sərhəd qurğuları söküldü. Azərbaycanda xalq hərəkatı elə bir mərhələyə çatmışdı ki, mart ayında keçiriləcək seçkilərdə milli qüvvələrin qalib gəlməsi labüd idi. Bu işə Azərbaycanın SSRİ-nin tərkibindən çıxması və SSRİ-nin dağılamsının başlanılması olacaqdı. Buna yol vermək olmazdı. Ona görə də Azərbaycana qoşun yeridib milli azadlıq hərəkatını qan içində boğmaq, Azərbaycan xalqını susdurmaq və SSRİ xalqlarına ibrət dərsi vermək lazım idi. Azərbaycana qoşun yeritmək üçün zəmin hazırlamaq məqsədi ilə 1990-cı il yanvarın 13-də Bakıda erməni talanları təşkil edildi. Bakıda olan 10 min nəfərlik daxili qoşun hissələri bunun qarşısını almadı. Milli Müdafiə Şurası bunun qarşısını alsada, heç bir ehtiyac olmadan SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 15-də “DQMV və bəzi digər rayonlarda fövqəladə vəziyyət” elan olunması haqqda fərman verdi. Respublika rəhbərliyi vəziyyəti sabiləşdirmək üçün heç bir tədbir görmür, vəziyyət getdikcə kəskinləşirdi. Bakıya əlavə qüvvələr gətirilirdi. Azərbaycanın səsini batırmaq, blokadaya almaq üçün yanvarın 19-da saat 20-də televiziyanın enerji bloku partladıldı. Yanvarın 19-dan 20-nə keçən gecə hər tərəfdən Sovet ordusunun Bakıya hücumu başlandı. Qırğına SSRİ Müdafiə Naziri Yazov rəhbərlik edirdi. Silahsız və heç nədən xəbəri olmayan insanlara atəş açıldı. Sovet tankları Bakının küçələrində hər şeyi məhv edir, küçləri qan gölünə çevirirdilər. Bakıda 131 nəfər həlak oldu, 744 nəfər yaralandı, 400 nəfər isə həbs edildi. Komminist Partiyasının törətdiyi bu dəhşətli cinayət Azərbaycan xalqının tarixinə “Qanlı yanvar” kimi daxil oldu. Yanvarın 20-də SSRİ Ali Sovet Rəyasət Heyəti “Bakı şəhərində fövqalədə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Bunun artıq heç bir əhəmiyyəti yox idi. Azərbaycan xalqını susdurub sındırmaq mümkün olmadı. Azərbaycan xalqı tarixin imtahanlarından üzü ağ çıxdı. Öz qanı ilə şərəfli bir tarix yazdı. 20 yanvar xalqımızın şərəf tarixidir. 20 yanvar xalqımızın qəhərmanlıq salnaməsidir. Azərbaycan xalqı şəhidlərin qanı bahasına müstəqillik qazandı. Bütün xalq Azərbaycanın dövlət müstəqilliyini bərpa etdi. Şəhidlərimizin qanı hədər getmədi. Allah Sizə rəhmət eləsin şəhidlər. Bütün komminist ideologiyasının, sosializmin bəşəriyyətə verdiyi “töhfələr” bu qanli hadisələrin baş verməsindən ibarətdir. Nəcəfalı Cahangirli, tarixçi.




Editör: Eldeniz Abbaslı



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



6 + 7 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI