Bu gün...
Müsəlmanlar qarşıdakı 30 ildə bütün Avropanı diz çökdürəcək
İldən-ilə islam ölkələrindən Avropaya axan insan seli daha kəskin xarakter alır. Ekspertlər həyəcan təbili çalır ki, o gün uzaqda deyil ki, müsəlmanlar Avropada öz qaydalarını tətbiq edəcək.

facebook-paylas
Tarix: 12-07-2017 09:56
Müsəlmanlar qarşıdakı 30 ildə bütün Avropanı diz çökdürəcək

Hazırda İŞİD faktoru, Bəşər Əsəd zülmündən qaçanlar və ümumiyyətlə, İslam ölkələrində vətəndaş qırğınlarının çoxalması müsəlmanların Avropaya kütləvi axını ilə müşayiət olunur.

Avropada müsəlman əhalisi artdıqca münaqişə potensialı da bir o qədər yüksəlir. Çünki iki tamam ayrı mədəniyyətin, iki dinin fərqi o qədər böyükdür ki, uzunmüddətli perspektivdə yenidən toqquşma qaçılmaz olacaq.

Artıq Fransa siyasətinə yetərincə nüfuz etmiş müsəlmanlar haqda yerli sosioloqlar həyəcan təbili çalır. Hələ 1989-ci ildə Parisdə iki müsəlman məktəbli, qızlar üçün dünyəvi formanı geyinməkdən qəti imtina etmişdi və təhsil müəssisələrində hicaba icazə üçün nizamnamə qəbul olunmasını tələb edirdi. Yaxud Fransa Milli Birliyinin məlumatına görə, kitab mağazalarında islam haqqında kitabların satış həcmi 2015-ci ilin birinci rübündə 2014-ci ilin analoji dövrü ilə müqayisədə üç dəfə artıb.

Oxşar tendensiyalar haqda İsrail şərqşünası Qay Bexor deyir ki, hər şey ona doğru gedir ki, 2020-ci ilə qədər müsəlmanlar fransız şəhərlərindən çoxunun meriyasına rəhbərlik edəcək.Avropalı mütəxəssislərin hesablamalarına görə, müsəlman əhalisinin artım tempi indiki kimi qalarsa, təxminən 30-40 ildən sonra Fransa islam respublikası ola bilər.

Statistika Avropanın qalan hissəsinin Fransadan çox da fərqlənmədiyini göstərir. Müsəlmanların sayına görə ikinci avropa ölkəsi Almaniyadır. Rəsmi olaraq Almaniyada təxminən 4 milyon müsəlman qeydə alınıb. Lakin bu rəqəm Yaxın Şərq müharibəsi ilə əlaqədar ağlasığmaz templə artır.

Üçüncü yerdə Böyük Britaniya qərarlaşıb. Burada əhalinin təxminən 3 milyonu müsəlmandır. Onların əksəriyyəti İngiltərə və Uelsdədir, Şimali İrlandiya və Şotlandiyada isə yox dərəcəsindədir.

Avropa ölkələrinin müsəlman sayına görə “ilk beşliyini” İtaliya və İspaniya tamamlayır. İtaliyada 1,5 milyona yaxın, İspaniyada isə təxminən 1 milyon müsəlman rəsmi qeydiyyatdadır. Avstriya və İsveçdə isə 500 min nəfərə qədər müsəlman yaşayır.

Ümumi statistika göstərir ki, son 20 ildə Avropada müsəlmanların sayı 50% artıb. Demək olar, bütün ekspertlər əmindirlər ki, Avropanın islamlaşmasının indiki tempi yaxın gələcəkdə siyasi elitaların seçim prosesinə təsir edə bilər, çünki seçicilərin ümumi sayının 30-40%-ni təşkil edən müsəlmanlar səsvermədə kifayət qədər müntəzəm iştirak edirlər və çox vaxt qələbəni təmin etmək üçün öz namizədliyini irəli sürürlər. Belə ki, Milan, Barselona, Amsterdam, Brüssel, Malme, Birmingem, Luton şəhərlərində müsəlman mer seçiləcəyi gözlənilir. Londonda isə artıq bu, baş verib - 2016-ci ilin may ayından etibarən Britaniya paytaxtının meri əslən Pakistandan olan Sadıq Xandır.

Mütəxəssislər həmçinin gözləyirlər ki, 2050-ci ildə dünyada müsəlmanların artım tempi 73% olacaq, halbuki xristianlar üçün bu rəqəm 35% - dən artıq olmayacaq. Eyni zamanda proqnozlaşdırılır ki, 2050-ci ildə Köhnə Qitədə hər dördüncü sakin Quran oxuyacaq.

Proqnozlar Avropa insanı üçün heç cür təsəlli sayıla bilməz. Böyük Britaniya, Fransa və Belçikada terror aktları belə bir fikir formalaşdırır ki,belə getsə “Avropa keçmiş müstəmləkələrinin müstəmləkəsinə çevriləcək”. Baş verən hadisələrin işığında Vanqanın da dedikləri az-çox özünü doğruldur, onun ən dəhşətli iddiası isə “2043-ci ildə Avropa tamamilə müsəlmanlaşacaq” fikridir.

Kaliforniya universitetinin professoru Çalmer Conson, hələ 2000-ci ildə “Qazanc” kitabında xəbərdarlıq edirdi ki, yaxın 50 ildə Avropa Qərbi Afrika və Asiya ölkələrində yürütdüyü təcavüzkar siyasətinin “bəhrəsini” görəcək. Bu təhlükəni fransız yazıçısı Mişel Uelbek də öz “İtaət” antiutopiyasında bildirib.

Vanqanın yaxud müasir ekspertlərin fikilərini “bədbin peyğəmbərlik cəhdləri” kimi qiymətləndirməyə tələsənlər də olacaq, lakin fakt danılmaz olaraq qalır ki, hər şey buna doğru gedir: İngiltərədə islam radikalları liderlərindən biri Kamil Siddik öz “Manifestində” müsəlmanları Britaniya qanunlarına əməl etməməyə çağırır və Britaniya müsəlmanlarına muxtar birlik statusu verilməsini tələb edir.

“Orta-Alman yayımı” Teleradio Şirkətinin rəhbəri Udo Rayter isə öz proqnozu ilə ictimaiyyəti şoka salıb: “2030-ci il, Alman Birliyi Günü: Federal prezident Məhəmməd Mustafa müsəlmanları alman azlığının hüquqlarına hörmət etməyə çağırır”. Avropa liderlərinə yalnız ümid etmək qalır ki, məşhur jurnalistin dedikləri acı zarafat olaraq qalacaq.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



1 + 6 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI