Bu gün...
“Oğluna dedi ki, məndən sonra evin kişisi sənsən...” - Şəhid gizirimizin həyat yoldaşı...
“Rahim uşaqlarını o qədər çox istəyirdi ki, mən həmişə arzu edirəm ki, övladları da onun kimi bir insan olsun. “Şəhidliyin Rahim Tağıyev zirvəsi” adlı filmdə onun uşaqlıq vaxtlarından bu günə qədər gəldiyi ömür yolundan bəhs olunur”.

facebook-paylas
Tarix: 11-02-2018 17:48
“Oğluna dedi ki, məndən sonra evin kişisi sənsən...” - Şəhid gizirimizin həyat yoldaşı...

Bu sözləri aprel Şəhidimiz Rahim Tağıyevin həyat yoldaşı Vüsalə xanım  deyib. 

 

“Aprel döyüşlərindən qabaq Rahim evə gəlib bizləri gəzintiyə apardı. Sanki hiss etmişdi ki, müharibə olacaq. Amma buna baxmayaraq özünü elə aparırdı ki, biz onu hiss etməyək. Həmişə dediyi söz o idi ki, mən Şəhid olsam, sevinərəm. Axırıncı dəfə evə gələndə oğluma dedi ki: “Evi sənə tapşırıram, məndən sonra evin kişisi sənsən". İndi hiss edirəm ki, Rahim arzusuna çatdı. 

 

Xatırladaq ki, Rahim Qara oğlu Tağıyev 1979-cu ildə Şəkidə anadan olub. Silahlı Qüvvələrimizin giziri tank komandiri Rahim Tağıyev aprel döyüşlərində düşmənə ağır zərbələr vurub. Sonradan özü də ağır yaralanır. Gizirimiz 3 ay 7 gün komada qaldıqdan sonra iyulun 10-da Silahlı Qüvvələrimizin Baş Klinik Hospitalında dünyasını dəyişərək Şəhid olub. Şəhid gizirimiz yaşadığı Mingəçevir şəhərində böyük izdihamla dəfn edilib. 

 

Şəhidimizin iki oğlu Nihat və Nicat, bir qız övladı Ülkər yadigar qalıb.  Göstərdiyi xidmətlərinə görə Şəhid Rahim Tağıyev “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib. Şəhid gizirimiz haqda çəkilən filmdə onun həyat və döyüş yolu əks olunub.

 

Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!


 



XƏBƏR VİDEOSU





Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



8 + 5 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI