Rusiya XİN-dəki mənbə əlavə edib ki, konkret olaraq Fransa Bakı və İrəvanı danışıqlar masası arxasına oturtmaq istəyib, lakin bu səylər heç bir fayda verməyib. “Bununla belə dialoqun dəstəklənməsi prinsipial əhəmiyyət kəsb edir. Məhz bunun sayəsində regionda tammiqyaslı müharibə alovlanmadı. Lakin tərəflərin məqsədləri və baxışları fərqlidir”.
Xəbər verildiyi kimi bundan əvvəl Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycan prezidenti İlham Əliyevlə payızda görüşə biləcəyini mümkün hesab etdiyini bildirib. Sərkisyanın sözlərinə görə, Minsk Qrupunun həmsədrləri Ermənistan tərəfinə yüksək səviyyədə görüşün təşkili barədə müraciət edib.Müraciətin müqabilində Sərkisyan “Biz bu görüşdən çox şey gözləməsək də ona qarşı deyilik”-cavabını verib.
Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü isə sonuncu dəfə 2016-cı ilin iyun ayında Sankt-Peterburqda olmuşdu. Həmin görüşdə Putinin tərəflərə Dağlıq Qarabağ ətrafındakı 2 rayonun azad edilməsini və bunun əvəzində kommunikasiyaların açılmasını da nəzərdə tutan plan təklif etdiyi haqda məlumatlar yayılmışdı.