Bu gün...
Rusiya aviasiyası İŞİD-in "müdafiə naziri"ni məhv etdi
Rusiya aviasiyasının Suriyanın Deyr-ez-Zor bölgəsində İŞİD terror qruplaşmasının nəzarət məntəqəsini bombalaması nəticəsində İŞİD-in “müdafiə naziri Gülmurad Xalilov məhv edilib.

facebook-paylas
Tarix: 08-09-2017 15:05
Rusiya aviasiyası İŞİD-in "müdafiə naziri"ni məhv etdi

 “RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, Xalimov və üç nüfuzlu səhra komandiri nəzarət məntəqəsində müşavirə zamanı məhv edilib. Onların arasında Deyr-ez-Zor “əmiri”, İŞİD-in təlim bazalarına cəlb edilmiş yeni əsgərlərin maliyyələşdirilməsi üzrə cavabdeh şəxs Əbu Məhəmməd Aş-Şimali də olub. Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, bir sıra Avropa xüsusi xidmət orqanları onu 2015-ci ilin noyabrında Parisdə terror aktlarının təşkilatçısı hesab edir.

Aviazərbələr nəticəsində həmçinin İŞİD-in qırx sıravi döyüşçüsü və əlaqə qrupu məhv edilib.

“Alınmış informasiyanın təsdiq edilməsi və əlavə kəşfiyyatın aparılmasından sonra Xmeymim təyyarə bazasından Su-34 və Su-35 hərbi təyyarələri havaya qaldırılaraq nəzarət məntəqəsinə aviasiya zərbələri endirilib”, - xəbərdə deyilir.

Qeyd edək ki, Xalimov karyeraya hələ sovet xüsusi təyinatlı dəstəsində başlayıb. O, sonralar Tacikistan Daxili İşlər Nazirliyinin polkovniki, xüsusi təyinatlı milis dəstəsinin keçmiş komandiri (OMON) olub. 2003-cü ildən 2008-ci ilə qədər üç dəfə “Blackwater” Amerika hərbi bazasında xüsusi hazırlıq keçib. Tacikistan prezidentinin qvardiyasında xidmət edib. Ölkənin şərqində müxalifət güclərinə qarşı hərbi əməliyyatlarda iştirak edib.

2015-ci ilin aprel ayında Xalimov qəfil yoxa çıxdı. Tezliklə onun İŞİD-ə qoşulduğu məlum oldu. İnternetdə bir neçə ay sonra onun videoçarxları çıxıb. Xalimov İŞİD-ə qoşulduğunu bildirirdi.

Tacikistan prokurorluğu Xalimova qarşı “dövlətə xəyanət”, “cinayətkar təşkilatlara üzv olmaq” və “başqa dövlətlərin ərazisində silahlı konfliktlərdə qanunsuz iştirak etmək” maddələri ilə cinayət işi qaldıraraq İnterpolun axtarışına verib.

ABŞ Dövlət Departamenti Xalimovu İŞİD-in əsas liderlərindən biri adlandıraraq onun yeri haqqında informasiya üçün üç milyon dollar mükafat elan etmişdi.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



1 + 8 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI