Bu gün...
Rusiya İrəvanı cəzalandırır: Moskvadan Qarabağda yeni müharibəyə yaşıl işıq
Erməni siyasi şərhçi Sarkis Artsruni öz yazısında belə bir məqamı xüsusi önə çəkib ki, “Moskvada Ermənistanın Gürcüstanda keçirilmiş NATO təlimlərində iştirakı faktını həzm edə bilmirlər”.

facebook-paylas
Tarix: 17-08-2017 13:39
Rusiya İrəvanı cəzalandırır: Moskvadan Qarabağda yeni müharibəyə yaşıl işıq

Ermənistanın təlimlərdə iştirakının əvvəlcədən Moskva ilə uyğunlaşdırılmasını istisna etməyən şərhçi bununla belə hesab edir ki, vəziyyət Rusiyaya qarşı ABŞ-ın yeni sanksiyaları və ABŞ-ın vitse-prezidenti Maykl Pensin Gürcüstana səfəri fonunda kəskin dəyişib.

Erməni şərhçi bildirir ki, bir neçə Rusiya nəşri açıq şəkildə Ermənistan hakimiyyətinin Moskvaya sədaqətini şübhə altına qoyur. O, Rusiyanın ermənipərəst “Reqnum” agentliyinin baş redaktoru, siyasi analitik Modest Kolerovın erməni mətbuatına açıqlamasını da xatırladıb.

 

Sarkis Artsruni bildirir ki, Moskva Dağlıq Qarabağda yeni müharibənin başlanması üçün qanuni əsas tapıb. Onun sözlərinə görə, bu, Ermənistanın öz xarici siyasətinə yenidən baxmasına cavabdır.

“Yəni, Moskva anlatmağa çalışır ki, əgər Ermənistan NATO ilə əməkdaşlığı davam etdirəcəksə və ya NATO ilə yeni razılaşmanı imzalayacaqsa, onda onlar məsuliyyəti bizim “qərbyönümlü” hakimiyyətin üzərinə qoyaraq yeni müharibəyə “yaşıl işıq” yandıracaqlar”, -deyə Sarkis Artsruni yazısını yekunlaşdırıb.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



3 + 5 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI