Bu gün...
Rusiya yüzlərlə T-90 tankını Iraqa göndərir
Rusiya mənbələri xəbər verir ki, iki ölkə arasında T-90 tanklarının böyük partiyasının alqı-satqısına dair müqavilə bağlanıb. Məlumatı jurnalistlərə Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin açıqlayıb.

facebook-paylas
Tarix: 20-07-2017 15:24
Rusiya yüzlərlə T-90 tankını Iraqa göndərir

“Böyük partiya tanklarının satışına dair sanballı müqavilədir, konkret məbləği açıqlaya bilmərəm, lakin miqdar çox böyükdür”.

Strategiya və texnologiyaların analizi Mərkəzinin ekspertlərinin qiymətləndirmələrinə görə  müqavilənin məbləği 1 milyard dollardan çoxdur, tankların sayı isə bir neçə yüzdür. Bu müqavilənin yerinə yetirilməsindən sonra İraq ordusu həm Rusiya, həm Amerika tankları ilə komplektləşdirilmiş olacaq.

“İzvestiya” qəzetinin yazdığına görə müasir Rusiya tankları T-90 İraq Müdafiə Nazirliyinin diqqətini Suriya və İraqda gedən hərbi əməliyyatlar zamanı cəlb edib. Maşın yüksək manevr qabiliyyətinə, atəş gücünə malikdir, nisbətən kiçik qabaritlərinə və çəkisinə görə seçilir. Rusiya KİV-ləri xatırladır ki, T-90 tankları çox az ölkənin-Rusiya, Hindistan, Azərbaycan, Əlcəzair və qismən Suriya ordusunun silahlanmasında yer alır.

Bundan əvvəl İraq Müdafiə Nazirliyi 70 T-90 tankının alınacağını açıqlamışdı, lakin məlum olub ki, bu, alınması planlaşdırılan tankların ancaq birinci partiyasıdır.

Qeyd edək ki, Rusiya İraq və Suriyada gedən hərbi əməliyyatlardan özünün ən eni silah növlərini reklam etmək, nəticədə onlara müştərilər tapmaq üçün istifadə etdiyini gizlətmir. Eyni zamanda Rusiya Suriyada bir sıra yeni silahlarını da sınaqdan keçirib.

İraq ordusuna gəldikdə isə onu indiyə qədər əsasən Amerika silahlandırırdı. Lakin belə görünür ki, Rusiya bu ölkəyə T-90 tanklarının böyüyk partiyasını satmaqla həm də Bağdad üzərində siyasi təsir imkanlarını genişləndirdiyini nümayiş etdirir. Vaxtilə Səddam Hüseyn dövründə İraq Rusiya silahlarının əsas müştərilərindən biri idi, lakin sovet dövründə İraqda satılan silahlar amerikalılarla qarşılaşmada Səddamı xilas edə bilmədi



XƏBƏR VİDEOSU





Qaynaq: Ocaq TV

Editör: Kemale



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



1 + 9 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI