Bu gün...
Sarkisyan Qarabağla bağlı elə şərtlər irəli sürdü ki, ümid müharibəyə QALDI
Serj Sarkisyan “Ermənistan” telekanalının “R-Təkamül” proqramına müsahibəsində prezidentlərin gözlənilən görüşü haqda danışarkən müharibəyə səbəb olacaq ritorikadan da istifadə edib.

facebook-paylas
Tarix: 17-07-2017 11:35
Sarkisyan Qarabağla bağlı elə şərtlər irəli sürdü ki, ümid müharibəyə QALDI

Belə ki,  heç bir variantda geri çəkilməyəcəklərini bildirən Sarkisyan prezidentlərin görüşü öncəsi öz absurd şərtlərini irəli sürüb.: “Biz davamlı olaraq güzəştlər haqda danışırıq, lakin münaqişə daha 20 il də həll olunmasa, yenə də geri çəkilməyəcəyik”.

O, Ermənistanın hədəflərini açıqlayıb və qeyd edib ki, “öz müqəddəratını təyin etmə” prinsipini əsas götürürlər.

“İkinci şərt kimi Dağlıq Qarabağla Ermənistanın quru sərhədləri olmalıdır. Bu iki mövqe bizim üçün əsasdır. Üçüncü şərt isə Dağlıq Qarabağda təhlükəsizliyin etibarlı zəmanətləri olmalıdır. Bu prinsiplər haqda sənədin tərtib edilməsinə Dağlıq Qarabağın (qondarma DQR rejimi - red.) iştirak etməsi məcburidir”.

Hərçənd, Ermənistan tərəfinin məhz belə qeyri-konstruktiv mövqeyi nəticəsində uzunillik danışıqlarda heç bir nəticə əldə olunmayıb. Hesab etmək olar ki, Sarkisyanın bu qəbuledilməz şərtləri müharibə variantını yenidən gündəmə gətirə bilər.

 




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



3 + 9 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI