Bu gün...
Tramp-Putin görüşü və Rusiyanın sensassiyalı addımı
Rusiya öz sərhədlərini yüzlərlə metr Gürcüstan ərazilərinə doğru irəli çəkib.

facebook-paylas
Tarix: 13-07-2017 16:18
Tramp-Putin görüşü və  Rusiyanın sensassiyalı addımı

Belə ki, yerli KİV-in məlumatına görə, G20 sammitində Rusiya prezidenti Vladimir Putin və Donald Tramp arasında danışıqlarda gedən mühüm bir vaxtda Kreml öz sərhəd nişanını işğal olunmuş ərazilərdə - Cənubi Osetiyada bir neçə yüz metr irəliyə çəkib.

Gürcüstanın təhlükəsizlik xidməti bu addımı “qanunsuz” adlandırıb və bildirib ki, onun nəticəsində Qori bələdiyyəsinə məxsus yerli fermer sahələrinə xeyli ziyan dəyib.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili, öz növbəsində, bu addıma etirazını bildirib və beynəlxalq birliyi Rusiyanın bu hərəkətini pisləməyə çağırıb.Marqelaşvili deyib ki, “Gürcüstan bütün diplomatik vasitələrdən istifadə edəcək ki, bu uzanan işğal dayandırılsın”.

Yerli KİV-in məlumatına görə, nazir Ketevan Tsixelaşvili isə bəyan edib ki, işğal tamamilə açıq və dinamik xətt alır və 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən indiyədək davam edir.



XƏBƏR VİDEOSU





Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



3 + 6 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI