Bu gün...
“Türk tankları kəndə girən kimi terrorçular qaçmağa başladı” – Ələ keçirilən PYD üzvünün etirafı
“Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin dağətəyi ərazisində 7 terrorçu əsir götürülmüşdür.

facebook-paylas
Tarix: 26-01-2018 16:14
“Türk tankları kəndə girən kimi terrorçular qaçmağa başladı” – Ələ keçirilən PYD üzvünün etirafı

Verilən məlumata görə,məhkəmə qarşısına çıxarılaraq barələrində həbs-qətimkan tədbiri seçilən 3 terrorçunun ifadələri mətbuata açıqlanıb. Həbs olunan terrorçular PYD-nin onları ölümlə təhdid etdiyini, terror təşkilatına zorla cəlb etdiklərini deyiblər. Terror təşkilatı “Ailənizi və uşaqlarınızı öldürərik” deyərək təhdid etdiyi adamlara 45 günlük silah təlimi verirmiş.

Təlimdən sonra sərhədyanı bölgəyə göndərilən terrorçular Adamanlı kəndində 30-a yaxın PYD silahlısının olduğunu etiraf ediblər. Onların dediklərinə görə, əməliyyat başlayan gündən PYD qorxu içindədir:

“Türk əsgərlərinin əməliyyatı ilə təşkilat daxilində panika başladı. İlk olaraq tankların sərhədə yaxınlaşdığını gördük. Tankların kəndə girməsi ilə terror təşkilatı üzvlərinin qaçışı başladı. Biz qaça bilmədik və həbs olunduq”

Regiondan qaçanlar arasında bir komandirin də olduğunu deyən terrorçular ABŞ-ın PYD-yə silah və təchizat vasitələri verdiyini də deyiblər.


 

 




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



9 + 4 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI