Bu gün...
Türkiyə ermənilərinin döyüş bəyanatı İrəvanı təşvişə saldı
Türkiyə Ermənilərinin Partikliyinin Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) tərəfindən Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatına dəstək verən bəyanatla çıxış etməsi ermənilərdə əməlli başlı təşviş yaradıb.

facebook-paylas
Tarix: 26-01-2018 13:35
Türkiyə ermənilərinin döyüş bəyanatı İrəvanı təşvişə saldı

Belə ki, bəyanatı şərh edən “Aqos” qəzetinin redaktoru Baqrat Estukyan bu davranışın erməniləri şok etdiyini və Erməni Patrikliyinin Türkiyə dövlətini sadəcə məmnun etməyə çalışdığını deyib.

“Erməni Patrikliyi Yunan Patrikliyi kimi bu mövzuda heç bir açıqlama verməməli idi. Ancaq onlar çoxlu sayda erməninin yaşadığı bölgəyə təşkil edilən bir əməliyyata uğurlar dilədilər", - deyə Estukyan bildirib.

Onun sözlərinə görə, bu bəyanat Rəcəb Tayyib Ərdoğanın təqdirini qazanmaq məqsədini daşıyır. Redaktor belə davranışların erməniləri alçaltdığını və onların statusuna zərər verdiyini qeyd edib.

Erməni əsilli türkoloq Tiran Lokmaqezyan isə bəyanatın "yuxarıdan"n gələn təzyiqlə verildiyini iddia edib.

Xatırladaq ki, Erməni Patrikliyi yanvarın 22-də verdiyi bəyanatında Türkiyə Silahlı qüvvələrinə Afrində terrorçulara qarşı mübarizədə və bölgədə sülhün təmin edilməsi işində uğurlar arzulayıb.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



9 + 9 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI