Bu gün...
Türkiyə F-35 qırıcıları ilə Ermənistana zərbə endirəcək?
Amerika Erməni Milli Komitəsi (ANCA) və Amerikanın yunan liderləri Şurası (HALC)Amerika Birləşmiş Ştatlarının Türkiyəyə beşinci nəsil F-35 qırıcılarının satışını əngəlləmək üçün birgə fəaliyyətə başlayıb.

facebook-paylas
Tarix: 09-02-2018 14:04
Türkiyə F-35 qırıcıları ilə Ermənistana zərbə endirəcək?

Belə ki, erməni və yunan lobbi təşkilatları birgə bəyanatla çıxış edərək ABŞ-ın Türkiyəyə ən müasir döyüş təyyarələrini satmaqdan çəkindirməyə çağırıb.

“Amerikanın ən müasir döyüş vahidlərinin elə bir ölkəyə düşüncəsizcəsinə satışına qarşı birgə mübarizəyə çağırırıq ki, həmin ölkə bu təyyarələri Amerika qoşunlarına və ya bizim regional müttəfiqlərimizə, o cümlədən Yunanıstana, Kiprə, İsrailə və Ermənistana qarşı tətbiq edə bilər”-Amerika Erməni Milli Komitəsinin saytında yerləşdirilmiş birgə bəyanatda deyilir.

 

Bəyanatda erməni və yunan təşkilatları ABŞ vətəndaşlarını öz dairələrindən senatorlara müraciət edərək onlardan F-35 qırıcılarının Türkiyəyə satılmasının qarşısını almağı xahiş etməyə çağırır.

Türkiyə ABŞ-ın “Lookhed Martin” hərbi sənaye korporasiyasından cəmi 100 ədəd F-35 qırıcısı sifariş verməyə hazırlaşır. Bu təyyarələrin istehsalına dair proqram 2002-ci ildə Türkiyənin də qoşulduğu 9 ölkədən ibarət konsorsium tərəfindən dəstəklənir. Türkiyə birincə mərhələdə 20 ədəd F-35 təyyarəsi sifariş verib. Daha 10 ədəd təyyarənin sifarişinə dair razılaşma əldə olunub. Müqaviləyə əsasən təyyarələrdən ikisi bu il ərzində Türkiyəyə təhvil veriləcək və Hərbi Hava Qüvvələrinin arsenalına daxil ediləcək. 2019-cu ildən etibarən isə təyyarələr ildə 4 ədəd olmaqla Türkiyəyə təhvil verilməlidir.

 

Ötən il “Lookhed Martin” şirkəti İsrailə bir neçə F-35 təyyarəsini çatdırıb. Bu təyyarələr radarlara yaxalanmır və yüksək döyüş qabiliyyətinə, manevr imkanlarına malikdir. Dördüncü nəsil təyyarələrə nisbətən havada döyüş gücü dörd dəfə, quruya zərbə endirmək imkanları 8 dəfə artıqdır.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



4 + 5 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI