Bu gün...
Zakir Həsənov ön cəbhədə əsgərlərlə
Müdafiə naziri ön xətdə yerləşən hərbi qulluqçularla görüşüb.

facebook-paylas
Tarix: 02-09-2017 15:43
Zakir Həsənov ön cəbhədə əsgərlərlə

Nazirlikdən  verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən sentyabrın 1-də cəbhəboyu zonada yerləşən hərbi birliyə səfər edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə bilavasitə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan hərbi qulluqçuları Qurban bayramı münasibətilə təbrik edib.

Əməliyyat şəraiti barədə məruzələri dinləyən Müdafiə naziri, bölmələrin döyüş hazırlığı səviyyəsini və döyüş növbətçiliyinin təşkilini yoxlayıb, qarşıda duran vəzifələri dəqiqləşdirib.
Sonra ön xətdə qurbanlar kəsilib, hərbi qulluqçulara bayram sovqatları verilib, xidmətdə fərqlənənlər qiymətli hədiyyələrlə mükafatlandırılıb və çay süfrəsi arxasında şəxsi heyətlə söhbət aparılıb




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



5 + 8 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI